Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada zorla köç davam edir: İsrailin hücumları 1 milyondan çox fələstinlini evsiz qoydu

    18 Sentyabr 2025 13:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada zorla köç davam edir: İsrailin hücumları 1 milyondan çox fələstinlini evsiz qoydu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun hava bombardmanlarının ardından 15 sentyabrdan etibarən başlatdığı quru hücumlar Qəzza şəhərində humanitar fəlakəti daha da dərinləşdirib. Sürətlə artan hücumlar səbəbilə fələstinlilər şimal bölgələrdən cənuba doğru kütləvi şəkildə köç etməyə məcbur edilir.

    AzerVoice xəbər verir ki, İsrail ordusu, Qəzza şəhərindəki fələstinlilərin yaşadığı məhəllələri, infrastruktur obyektlərini və yardım nöqtələrini hədəf alır. Bombardmanlardan sonra isə quru hücumları ilə bölgədə tam işğal planını həyata keçirməyə çalışır. Rəsmi məlumata görə, Qəzza Zolağının 88 faizi ya tam işğal olunub, ya da "təxliyə əmrləri" altında fələstinlilərə boşaldılması tələb edilib.

    Hazırda təxminən 2,3 milyon insan dar bir əraziyə sıxışdırılıb və yaşayış üçün minimum şəraitin belə olmadığı mərkəzi bölgələrə doğru sürülür. Humanitar təşkilatlar bu vəziyyəti ikinci “Nəkbə” – Böyük Fəlakət adlandırır.

    İsrailin artan hücumları və yardım girişlərini məhdudlaşdırması səbəbilə fələstinlilər həyatda qalmaq üçün bir daha seçim qarşısındadır: ya bombardman altında qalmaq, ya da naməlum təhlükələrə doğru köç etmək.

    Avtomobili olmayan minlərlə fələstinli — aralarında qocalar, uşaqlar, xəstələr və əlillər olmaqla — təxminən 20 kilometrlik yolu piyada qət etməyə çalışır. Uşaqlar əllərində az miqdarda əşya daşıyaraq valideynlərinə kömək edir, bəziləri isə əlil arabasında və ya qoltuq ağacları ilə irəliləyir.

    Yerindən edilən fələstinlilər, çadırlıq yerin belə tapılmadığı və infrastrukturu olmayan Qəzzanın mərkəzi hissələrinə sıxışdırılır. Lakin bu bölgələr də təhlükəsiz deyil. İsrail ordusu, son günlərdə Qəzzanın mərkəzində yerləşən ərazilərə də hava zərbələri endirib.

    İsrail ordusu son açıqlamasında son bir ayda təxminən 400 min fələstinlinin Qəzza şəhərindən cənuba doğru köç etdiyini bildirib. Lakin yerli mənbələrə görə, şəhərdə hələ də 1 milyona yaxın insan bombardmanlar və aclıq altında yaşam mübarizəsi aparır.

    BMT və digər beynəlxalq təşkilatlar bölgədə “təhlükəsiz yerin qalmadığını” bildirərək, mülki əhalinin qorunmasına çağırır.

    Qəzza Zolağında yaşananlar artıq sadəcə bir hərbi əməliyyat deyil, kütləvi məcburi köç, humanitar böhran və beynəlxalq hüququn pozulmasıdır. Dünyanın gözü qarşısında yaşanan bu proses, yüz minlərlə insanın taleyini qaranlıqda buraxır.

    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Nəkbə #Misirin Qəzza siyasəti #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.