Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qətər HƏMAS rəsmilərini çıxarmasa yenidən hücum edəcəyik - Netenyahu

    10 Sentyabr 2025 22:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətər HƏMAS rəsmilərini çıxarmasa yenidən hücum edəcəyik - Netenyahu
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    İsrailin Baş naziri Benyamin Netanyahu, Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmadığı təqdirdə yenidən hücum edəcəkləri ilə hədələyib.

    AzerVoice xəbər verir ki, İsrail Baş Nazirlik Ofisinin ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabından yayımlanan video müraciətində qeyd olunur.

    "Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik." - deyə Netenyahu qeyd edib.

    Netanyahu həm Qətərə, həm də HƏMAS nümayəndələrinin olduğu bütün ölkələrə səsləndiyini bildirib. O, HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində həyata keçirdiyi gözlənilməz hücumu 11 Sentyabr terror hücumları ilə müqayisə edərək, Dohaya qarşı edilən hücumu haqlı çıxarmağa çalışıb.

    Qətərin suverenliyini və beynəlxalq hüququn əsas prinsiplərini pozaraq həyata keçirilən hücuma görə İsrailin dünyanın müxtəlif yerlərindən qınaqlarla üzləşdiyinə toxunan Netanyahu əlavə edib ki, "İndi dünyanın bir çox ölkəsi İsraili qınayır. Onlar özlərindən utanmalıdırlar."

    Qeyd edək ki, İsrail ordusu ötən gün Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar heyətinin yerləşdiyi binaya hərbi təyyarələrlə hücum etmişdi.

    HƏMAS hücumdan sonra bildirib ki, rəhbərlik heyəti İsrailin sui-qəsdindən sağ çıxıb, lakin HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyənin oğlu, 4 HƏMAS üzvü və bir Qətər polisi hücum nəticəsində həlak olub.

    #Benyamin Netanyahu #Qətər #HƏMAS #Yəmən #İsrail və HƏMAS müharibəsi #İran və HƏMAS əlaqələri #Netanyahu administrasiyasının Suriya siyasəti #Netanyahu siyasi böhran #Qətər vasitəçilik rolu #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    2 Sentyabr 2026 16:13

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    2 Sentyabr 2026 09:48

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.