Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya SDQ ilə danışıqlar aparmayacaq

    10 Avqust 2025 14:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya SDQ ilə danışıqlar aparmayacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Suriya hökuməti Parisdə Kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, rəsmi Dəməşq mart ayında əldə olunmuş birlik razılaşmasının SDQ tərəfindən pozulduğunu bildirərək, bu iddiasına əsas kimi ötən cümə günü ölkənin şimal-şərqindəki Həsəkə şəhərində keçirilən konfransı göstərib.

    Muxtar idarəetmə tərəfindən “Vahid Mövqe” adı ilə təşkil olunan tədbirdə mərkəzləşdirilməmiş dövlət sistemi yaradılması və etnik, dini, mədəni müxtəlifliyi təmin edən konstitusiyanın qəbul olunması tələbi irəli sürülüb.

    Konfransın yekun bəyanatında Suriyanın ərazi bütövlüyünə sadiqlik vurğulansa da, Dəməşq bunu “Suriya məsələsini beynəlmiləlləşdirmək, xarici müdaxiləyə zəmin yaratmaq və sanksiyaların yenidən tətbiqinə şərait yaratmaq cəhdi” kimi dəyərləndirib.

    Hökumət şənbə günü yaydığı bəyanatda 2024-cü ilin sonunda devrilmiş əvvəlki siyasi rejimi hər hansı formada bərpa etməyə çalışan tərəflərlə dialoq aparmayacağını bəyan edib. SDQ isə dövlətə qarşı düşmənçilikdə və separatçı fəaliyyətdə ittiham olunan şəxsləri konfransa dəvət etməkdə günahlandırılıb. Bu addım 10 mart razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirilib və nəticələrinə görə tam məsuliyyət SDQ-nin üzərinə qoyulub.

    #Suriya #Paris #Ərazi bütövlüyü #Suriya ərazi bütövlüyü #SDQ #danışıqlar #Suriyanın ərazi bütövlüyü #SDQ (Suriya Demokratik Qüvvələri) #Paris danışıqları #birlik razılaşması #10 mart razılaşması #Vahid Mövqe tədbiri #mərkəzləşdirilməmiş dövlət sistemi #etnik və dini müxtəliflik #konstitusiya tələbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    28 Avqust 2026 20:10

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Regional ölkələr İran müharibəsindən çıxış yolunu danışıqlarda görür

    28 Avqust 2026 18:08

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.