#Ərazi bütövlüyü

Livan Prezidenti Cozef Aun İsraillə aparılan danışıqları müdafiə edərək ölkənin ərazi bütövlüyündən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, Livan torpağının bir qarışından belə imtina edilməyəcək. Prezidentin sözlərinə görə, çərçivə razılaşması ölkənin hüquqlarını və milli maraqlarını qorumağa xidmət edir. Cozef Aun Livanın uzun illər davam edən müharibələr dövründən çıxmasının vaxtı çatdığını vurğulayıb. O, dövlət qərarlarına hörmət göstərilməsinin vacibliyini də qeyd edib. Bu arada, hökumət İsraillə əldə olunan razılaşmaya görə daxildə tənqidlərlə üzləşməkdə davam edir. Məsələ Livanda siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa ölkəsinin ərazi bütövlüyünə sadiq olduqlarını bəyan edib. O bildirib ki, Suriya xarici qüvvələrin maraqlarının həyata keçirildiyi məkan deyil. Əş-Şəraa İsrailin ölkənin cənubuna endirdiyi zərbələri pisləyib. Bu arada Colan təpələri yaxınlığında yaşayan sakinlərin bir hissəsi evlərini tərk etmək məcburiyyətində qalıb. Suriyanın Xarici İşlər Nazirliyi İsrailin hərbi əməliyyatlarını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Dəməşq ərazi bütövlüyünün və sabitliyin qorunmasının əsas prioritet olduğunu bildirib. Bölgədə gərginlik davam edir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. O, bu bəyanatı Avropa İttifaqının zirvə toplantısından sonra keçirilən mətbuat konfransında səsləndirib. Fon der Lyayen ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu mühüm fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, razılaşma Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə və regional təhlükəsizliyin güclənməsinə kömək edə bilər. Avropa Komissiyasının sədri Livandakı vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib. O, sabit və suveren Livanın Yaxın Şərqdə sülh üçün vacib olduğunu vurğulayıb. Fon der Lyayen Avropa İttifaqının Livan hakimiyyətinin silahsızlaşdırma siyasətini dəstəklədiyini qeyd edib. Antonio Koşta isə ABŞ-İran razılaşmasını bölgə üçün mühüm dönüş nöqtəsi adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livanın suverenliyinin ABŞ ilə əldə olunmuş anlaşmanın əsas hissələrindən biri olduğunu bildirib. O qeyd edib ki, razılaşma bütün cəbhələrdə müharibənin dayandırılmasını nəzərdə tutur. Bəqayi Livanın ərazi bütövlüyünə hörmət göstərilməsinin sənəddə açıq şəkildə yer aldığını vurğulayıb. Onun sözlərinə görə, dövlətlərin suveren hüquqlarının qorunması regional sabitlik üçün vacibdir. İran rəsmisi Livanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, təhlükəsizlik təminatları olmadan heç bir razılaşma uzunömürlü ola bilməz. Tehran Livanın müstəqilliyini bölgədə sülhün əsas şərtlərindən biri hesab edir. İran bu məsələnin gələcək proseslərdə diqqət mərkəzində qalacağını vurğulayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livanın ABŞ ilə əldə olunan anlaşmada mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət razılaşmanın əsas müddəalarından biridir. Tehran Livandakı hadisələri diqqətlə izlədiyini açıqlayıb. Bəqayi son hadisələr fonunda Livan xalqına başsağlığı verib. İran rəsmisi qərarların müəyyən meyarlar əsasında qəbul edildiyini vurğulayıb. O, Livana qarşı hücumların Tehranın mövqeyinə təsir göstərdiyini qeyd edib. İran bölgədə sabitliyin qorunmasını vacib hesab edir. Rəsmi Tehran Livanın təhlükəsizliyini regional sabitliyin əsas şərtlərindən biri kimi qiymətləndirir.

BMT Baş katibi Antonio Quterreş Livan-İsrail sərhədində artan gərginliklə bağlı xəbərdarlıq edib. Mart ayından bəri vəziyyət ciddi şəkildə pisləşib. İsrail Livan ərazisində əməliyyatları artırıb. Hizbullah İsrail ərazisinə atəş açıb. Quterreş bütün tərəfləri diplomatik həll yoluna çağırıb. O bildirib ki, siyasi həll Livanın ərazi bütövlüyünü və suverenliyini tam qoruyacaq. Silah nəzarəti məsələsində Quterres Livan hökumətinin monopoliyasını dəstəkləyir. Təhlükəsizlik və qanunsuz silahların qarşısının alınması vacibdir.

Misir İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını qətiyyətlə pisləyib və üç ölkə ilə tam həmrəylik nümayiş etdirib. Ölkə vurğulayıb ki, bu hərəkətlər suverenliyin pozulması və region sabitliyi üçün təhlükədir. Misir həmçinin de-eskalasiyanın və beynəlxalq hüquq qaydalarına hörmətin vacibliyini qeyd edib.

UNIFIL Livanın cənubunda İsrailin Livan ordusuna qarşı həyata keçirdiyi hücumları “ağır pozuntu” kimi qiymətləndirib. Sülhməramlı qüvvələr həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və bu cür hücumların Livanın suverenliyinə, ərazi bütövlüyünə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə zidd olduğunu bildirib. 1701 saylı qətnamə 2006-cı ildə İsrail-Hizbullah müharibəsinin dayandırılması və 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəsin əsasıdır.

İranın İnqilabi Qvardiyası bildirib ki, İsrail Livan ərazilərindən çıxmadıqca bölgədə sülh mümkün olmayacaq. Atəşkəsi qəbul etmək üçün bütün cəbhələrdə, o cümlədən Livanda dayanıqlı atəşkəs tələb olunur. Düşmən dərhal Livan xalqına qarşı hücumları dayandırmalı, işğal olunmuş əraziləri boşaldaraq beynəlxalq sərhədlərin arxasına çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır.

Suriya hökuməti Parisdə Kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Rəsmi Dəməşq mart ayında əldə olunmuş birlik razılaşmasının SDQ tərəfindən pozulduğunu bildirərək, bu iddiasına əsas kimi ötən cümə günü ölkənin şimal-şərqindəki Həsəkə şəhərində keçirilən konfransı göstərib.