Bakı, AzerVoice
İsrail ordusunun düşüncə tərzi nasistlərin düşüncə tərzinə bənzəyir.
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ professoru İsrail əsilli Omer Bartov deyib.
Holokost soyqırımını araşdıran Bartov, 7 oktyabrdan bəri Qəzzada baş verənləri soyqırım aktı adlandırıb.
Professor İsrail ordusunun Qəzzada xəstəxanaları, məktəbləri, məscidləri, və evləri qəsdən hədəfə aldığına, "təhlükəsiz bölgə" adlandırılan ərazilərdə mülki əhalinin bombalanmasına diqqət çəkib.
Təxminən 9 ay əvvəl Qəzzayada baş verənlərin müharibə cinayəti olduğunu, lakin hələ soyqırım səviyyəsinə çatmadığını deyən Bartov yaşayış məntəqəsi olan Rəfaha hücumdan sonra fikirlərinin dəyişdiyini bildirib.
Bartov, Nəkbə hadisəsində 1 milyon fələstinlinin yəhudilər tərəfindən sürgün edildiyini və onların yerində İsrail dövlətinin qurulduğunu xatırladıb.
Həmçinin o, fələstinlilərə qarşı davam edən təcavüzün Nəkbə hadisəsinin davamı olduğunu bildirib.
İsrail əsgərləri ilə də görüşdüyünü bildirən Bartov, İkinci Dünya Müharibəsindəki alman əsgərləri ilə İsrail əsgərlərinin zehniyyətlərinin bənzədiyini deyib.
Bartov, hər iki zehniyyətin "düşmən qalib gələrsə yox olacağıq " düşüncəsinə fokuslandığını bildirib.