BAKI, AzerVoice
Yəməndəki husilər son 24 saat ərzində ABŞ-ın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə üç dəfə hücum ediblər.
AzerVoice xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin sözçüsü Yahya Səriə məlumat verib.
"Son 24 saat ərzində silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ təyyarədaşıyanı Harry Truman-ın rəhbərlik etdiyi hərbi donanma ilə üç dəfə qarşıdurmaya girib. Bu əməliyyatlarda raket qüvvələri, pilotsuz uçuş aparatları, dəniz qüvvələri, o cümlədən bir neçə qanadlı raket və dronlar istifadə olunub", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ döyüş təyyarələri Yəmənin paytaxtı Səna ilə yanaşı, Səda, Hudeydə, Cavf və Əmran əyalətlərinə onlarla hava zərbəsi endirmişdi.