Bakı. AzerVoice:
Demokrat senator Kris Van Hollen Senatın iclasında çıxışı zamanı İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edib.
AzerVoice bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Qəzzada uşaqlar ölür. Bu müharibə cinayətidir.İndi sual yaranır ki, ABŞ nə edəcək? Biz nə edirik? Prezident Bayden nə edəcək? Prezident baş verənlərə cavab olaraq tədbir görməlidir”, - deyə siyasətçi bildirib.
Van Hollenin sözlərinə görə, ABŞ prezidenti ilk növbədə Netanyahu hökumətindən dərhal Qəzzaya daha çox qida, su və digər vacib ləvazimatların verilməsini tələb etməli və onların aclıqdan ölən insanlara çatmasını təmin etməlidir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.