Baş xəbər

BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.

Qətər Dövlət Təhlükəsizlik Xidməti ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki mütəşəkkil şəbəkənin zərərsizləşdirildiyini elan edib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) yaydığı məlumata görə, bu şəbəkələr Dohada həssas obyektlərə qarşı kəşfiyyat və təxribat fəaliyyətləri planlaşdırırmış.

Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara kura çəkilişi mərasimində çıxış edərək həm ölkə daxilindəki sosial layihələrdən, həm də regionda artan gərginlikdən danışıb. Dövlət başçısı Türkiyənin ətrafında baş verən hərbi münaqişələrə baxmayaraq, ölkənin sülh və sabitlik fokuslu fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Prezident Ərdoğan son dövrlər bölgədə baş verən hadisələrə, xüsusilə Əfqanıstan-Pakistan qarşıdurması və İrana qarşı təşkil edilən hava hücumlarına toxunub. O, "Sionist lobbisinin təhriki" ilə gərginliyin artdığını və Körfəz ölkələrinin hədəf alındığını qeyd edərək, Türkiyənin bu təhlükələrdən uzaq durmaq üçün bütün tədbirləri gördüyünü bildirib. Ərdoğan bölgənin "qan və göz yaşı" içində olduğunu, lakin Türkiyənin dialoq yolu ilə ədalətli həll üçün səylərini əsirgəməyəcəyini deyib.