Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

    3 Mart 2026 19:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.

    VOA xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.

    Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

    O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.

    Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.

    Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.

    “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.

    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
    #SOCAR #Leyla Əliyeva #Bakı Konqres Mərkəzi #Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası #Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası #Yaşıl enerji layihələri sessiyası #SOCAR Green #Elmir Musayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    18 İyul 2026 12:53

    Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

    6 İyul 2026 19:06

    Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

    2 İyul 2026 14:08

    Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib

    2 İyul 2026 11:03

    Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

    2 İyul 2026 10:47

    Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

    2 İyul 2026 10:45

    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

    2 İyul 2026 10:43

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

    1 İyul 2026 15:32

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

    1 İyul 2026 15:22

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub

    1 İyul 2026 10:39

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

    1 İyul 2026 10:37

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

    1 İyul 2026 10:35
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.