Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.
Baş xəbər
Tarix elmi müxtəlif insan qruplarının və xalqların bir-birindən fərqləndirən xüsusiyyətlərini öyrənərkən, "kütlə" (həşd) ilə "ictimaiyyət" (cumhur) arasındakı fərqi müəyyən etməyə çalışır. Sosioloqlar Qustav Le Bon "Kütlələr psixologiyası" adlı kitabında Recis Debre isə "Siyasi zəkanın tənqidi" əsərində bu fərqi aydın şəkildə izah ediblər.Bu nöqteyi-nəzərdən müasir İran özünü saf bir sivilizasiya kimi təqdim edərək, mahiyyətcə "Ərəb İslamı" ilə daimi qarşıdurma üzərində qurulmuş bir dövlət modeli təklif edir. 1979-cu il inqilabı "İran İslamını" hakimiyyətə gətirərkən, İran kimliyini beynəlxalq İslam cəmiyyəti qurmaq və "ümmət" məvfumunu ön plana çıxarmaq iddiası ilə birləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini dedi.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəslə bağlı bəyanat yayıb. Bəynaatda bildirilib: Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.
ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək hədəsindən cəmi 90 dəqiqə əvvəl geri çəkilərək 2 həftəlik atəşkəs elan etməsi dünyanı böyük bir fəlakətin astanasından qurtarıb. Pakistanın gərgin vasitəçilik səyləri nəticəsində əldə olunan bu razılaşma regional partlayışın fitilini müvəqqəti söndürsə də, qarşıda mühüm bir sual durur: Bu, daimi sülhün müqəddiməsidir, yoxsa tərəflərin hərbi və iqtisadi maraqlarına xidmət edən taktiki fasilə?
prelin 8-nə keçən gecə Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Hörmüz boğazının açılması və iki həftə ərzində İslamabadda danışıqların başlaması nəzərdə tutulur. Lakin rəsmi bəyanatlar atəşkəsin nə vaxt və hansı şərtlərlə başlayacağı ilə bağlı ciddi suallar doğurur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamının 34-cü ildönümü ilə bağlı paylaşım edilib."Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür. 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmış, yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir. 779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalmış, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır. Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
ABŞ-ın İranla qarşıdurmada tətbiq etdiyi "vaxt limitləri" və ultimatumlar hərbi hesablama ilə siyasi-psixoloji mesajların kəsişdiyi mürəkkəb bir təzyiq alətinə çevrilib. İran, İsrail və ABŞ arasındakı müharibənin beşinci həftəsində Vaşinqtonun "vaxt" siyasəti münaqişənin idarə olunmasında mərkəzi element kimi çıxış edir. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qısa müddətli ultimatumlar həm hərbi əməliyyatlara zəmin hazırlayır, həm də Tehran üzərindəki psixoloji təzyiqi maksimum həddə çatdırır.
ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:
ABŞ Prezidenti Donald Tramp, müharibə onun ilkin müəyyən etdiyi zaman çərçivəsini aşdıqdan sonra İrana qarşı təzyiqləri maksimum həddə çatdırıb. Tramp İranı "bir gecədə məhv etməyə" qadir olduğunu bildirməklə yanaşı, Hörmüz boğazının açılmayacağı təqdirdə ölkənin körpülərini və elektrik stansiyalarını darmadağın edəcəyi ilə hədələyir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırıldığını və tərəflər arasında iki həftəlik atəşkəs elan edildiyini bəyan edib. VOA xəbər verir ki, bu qərar, Trampın İrana verdiyi ultimatuumun bitməsinə dəqiqələr qalmış Pakistanın vasitəçiliyi ilə əldə olunub.
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür.