Baş xəbər

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 17 milyon 761 min 1 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 6 milyon 230 min 810 dollara çatdırıb.

Müasir Fransa siyasi arenası ciddi bir transformasiya dövrünü yaşayır. Xüsusilə daxili işlər naziri postundan "Respublikaçılar" (LR) partiyasının rəhbərliyinə keçən Bruno Rotayonun fiquru, ölkədə sağçı diskursun gələcək taleyini müəyyən edən əsas elementlərdən birinə çevrilib. Rotayo sadəcə bir siyasətçi deyil, o, Fransanın katolik-mühafizəkar kökləri ilə müasir sağçı populizm arasında körpü qurmağa çalışan biridir.

Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.

İsrailin Beyrut və digər bölgələrə müharibənin başlanğıcından bəri ən şiddətli hücumu — bir neçə dəqiqə ərzində yüz hava zərbəsi endirməsi ilə əsas sual artıq Livanın "İran atəşkəsinə" daxil olub-olmaması deyil. Əsas sual budur: Niyə İsrail, Pakistanın vasitəçiliyi ilə əldə olunan bu atəşkəsə sadiq olmadığını günün günorta çağı, heç bir xəbərdarlıq etmədən 100-dən çox ölü və 800-dən çox yaralı ilə nəticələnən bir qırğın törədərək nümayiş etdirdi?

Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk. Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əziz dostlar! Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!

Müasir iş dünyasında qərar qəbul etmə otaqlarında artıq "qarşıdakı fürsətlər nələrdir?" sualı deyil, "bizi qəfil vura biləcək risklər hansılardır?" sualı hakimdir. Bir zamanlar fürsətlər qapısı açan "qloballaşma" anlayışı, bu gün transmilli şirkətlərin "Axilles dabanı"na çevrilib. "Wall Street" və Silikon Vadisinin nəhəngləri artıq sadəcə texnoloji inkişafdan deyil, hərbi əməliyyat otaqlarını xatırladan bir gərginliklə siyasi xəritələrdəki dəyişikliklərdən danışırlar.

İran ətrafında baş verən hərbi gərginliklər yalnız siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi nəticələr doğurur. Məlumata görə, müharibə dövründə bir sıra böyük investorlara və fondlara bazar dəyişikliklərindən əvvəl mövqe tutmaq imkanı yarandığı, bəzi hallarda isə “insayder məlumat sızması” ehtimallarının gündəmə gəldiyi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi. Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 71 milyon 254 min 54 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 146,3 faiz artaraq, 36 milyon 919 min 14 dollara çatdırıb.