Baş xəbər

Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatıb.

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Türkiyənin müxalif siyasətçilərindən Kemal Kılıçdaroğlu “prezidentə təhqir” ittihamı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd olunub ki, Kılıçdaroğlunun vəkili qərarı qəbul etmədiklərini bildirərək onu siyasi motivli qərar kimi qiymətləndirib və apellyasiya şikayəti verəcəklərini açıqlayıb. Bildirilib ki, təqsirləndirilən şəxs daha əvvəl verdiyi ifadələrə görə peşman olmadığını bəyan edib

ABŞ Prezidenti Donald Trampın İran limanlarına daxil olan və çıxan bütün gəmiləri hədəf alan qərarı artıq qüvvəyə minib. Ekspertlərin hesablamalarına görə, bu blokada İran iqtisadiyyatına hər gün 400 milyon dollardan çox birbaşa zərər vurur. Ölkə ticarətinin 90%-dən çoxunun məhz dəniz yolu ilə həyata keçirildiyi və illik 110 milyard dollarlıq dövriyyənin olduğu nəzərə alınarsa, bu vəziyyət Tehran üçün "mövcudluq təhlükəsi" səviyyəsinə çatıb.

Minalar Azərbaycanda hələ də insan həyatına son qoymaqda davam edir. 2020-ci il müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. "Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha açıq şəkildə göstərir. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var", - deyə paylaşımda qeyd olunub.

Həsən Çələbi məhəlləsindəki Əhməd Qoyunçu Peşə və Texniki Anadolu Liseyinə daxil olan bir şagird odlu silahdan atəş açaraq qətliam törətməyə cəhd edib. İlkin məlumatlara görə, hadisə nəticəsində 13 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumdan dərhal sonra bölgəyə çox sayda təcili tibbi yardım briqadası, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin regional siyasəti və gələcək hədəfləri ilə bağlı verdiyi bəyanatlar İsrailin rəqəmsal məkanında geniş əks-səda doğurub. Bir çox israilli aktivist və siyasi şərhçi Fidanın İsrail daxili siyasətini dərindən analiz etdiyini və Baş nazir Benyamin Netanyahu ilə İsrail dövlətini bir-birindən aydın şəkildə fərqləndirdiyini qeyd edib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə Fidanın "İsrail İrandan sonra Türkiyəni yeni düşmən elan etməyə çalışır" fikri ən çox müzakirə olunan mövzuya çevrilib.

Baş nazir Benyamin Netanyahu özünün hərbi katibi, general Roman Qofmanı "Mossad"ın yeni rəhbəri təyin edib. Lakin bu təyinat İsrailin hərbi və siyasi elitasında ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, vəzifəsini təhvil verən hazırkı rəhbər David Barnea və ölkənin baş prokuroru Qali Baharav-Miara Qofmanın təcrübəsizliyini əsas gətirərək bu qərara qarşı çıxırlar.

Macarıstanda 16 illik fasiləsiz hakimiyyətdən sonra postunu tərk edən Viktor Orban təkcə öz ölkəsinin deyil, həm də qlobal sağçı hərəkatın və müasir siyasi idarəetmənin simasını köklü şəkildə dəyişmiş lider kimi tarixə düşür. Donald Trampın "ağıllı və qətiyyətli" olaraq xarakterizə etdiyi Orbanın tətbiq etdiyi "illiberal demokratiya" modeli bu gün ABŞ-dan Avropaya qədər geniş bir coğrafiyada yeni siyasi standart kimi qəbul edilməkdədir.