Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Baş xəbər
Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib. Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
"Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən nazirlər panelində təchizat zəncirində pozuntular və enerji bazarlarında qiymət dəyişkənliyi ilə müşayiət olunan geosiyasi şəraitdə təhlükəsiz, əlçatan və dayanıqlı enerji təminatı, enerji sahəsində qeyri-müəyyənliklərin idarə olunması, eləcə də enerji mənbələri və marşrutlarının şaxələndirilməsinin vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük. Azərbaycanın müasir enerji xəritəsində fərqlənməsini təmin edən, bütün enerji növlərinin və təchizat marşrutlarının paralel inkişafına əsaslanan siyasəti barədə danışdıq", - paylaşımda qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanı atom enerjisinin gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya biləcəyini bildirib. Məlumata əsasən, nazir qeyd edib ki, ölkənin enerji siyasəti resursların şaxələndirilməsinə əsaslanır və bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb. ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları, akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.
ABŞ və İsrailin İranla hərbi münaqişəsi qlobal neft bazarlarında misli görünməmiş bir fenomenə – "ikitirəli qiymət" sisteminə yol açıb. Hazırda bazar iki yerə bölünüb - gözləntilərə əsaslanan "kağız" (fyuçers) bazarı və fiziki çatdırılma imkanları ilə məhdudlaşan real neft bazarı.
Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyənin ev sahibliyi etdiyi Antalya Diplomatiya Forumu çərçivəsində verdiyi geniş müsahibədə ölkəsinin 14 illik daxili müharibədən sonra yeni dövrə qədəm qoyduğunu elan edib. VOA xəbər verir ki, o İsrail ilə təhlükəsizlik müzakirələrindən tutmuş, Türkiyə ilə strateji tərəfdaşlığa və regional enerji layihələrinə qədər mühüm strateji mesajlar verib.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib. Dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.
ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb. Ağ Ev rəhbəri tərəflər arasında əldə olunmuş bu razılaşmanın bölgədəki gərginliyin azaldılması və humanitar vəziyyətin sabitləşməsi üçün mühüm bir addım olduğunu bildirib.