Baş xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir: Hörmətli cənab Prezident. Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib. S. Mikayılova, xüsusilə, Komitənin fəaliyyəti və vəzifələri, IPU-nun cari Assambleyasında qadınların iştirak dinamikası, eləcə də dünya ölkələrinin milli parlamentlərində gender balansı ilə bağlı vəziyyəti barədə məlumat verib.

Türkiyə Daxili İşlər Nazirliyi Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra ictimaiyyəti yanıltmağa yönəlmiş paylaşımlar edən, təhdid və aksiya çağırışları edən 127 nəfərin saxlanıldığını elan edib. Nazirliyin açıqlamasında hadisələrlə bağlı həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində təxribat xarakterli 1115 internet ünvanına (URL) girişin məhdudlaşdırıldığı bildirilib.

Pakistanın ordu komandanı Tehranda İran rəsmiləri ilə görüşərək ABŞ və İran arasında danışıqların yenidən başlanmasına nail olmaq üçün vasitəçilik səylərini davam etdirir. Qeyd olunub ki, Vaşinqton İran üzərinə iqtisadi təzyiqi artırmaq niyyətindədir və yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu addım ABŞ rəsmiləri tərəfindən “maliyyə baxımından bombardman ekvivalenti” kimi qiymətləndirilir.

2026-cı ilin aprel ayı etibarilə İsrailin həm Qəzza, həm də İranla apardığı hərbi əməliyyatlar müasir hərb sənətində paradoksal bir mənzərə yaradıb. Benyamin Netanyahunun rəhbərliyi altında İsrail ordusu (SAXAL) taktiki və texnoloji baxımdan böyük üstünlük nümayiş etdirsə də, bu uğurların siyasi qələbəyə çevrilməməsi "İsrail niyə müharibələri bitirə bilmir?" sualını yenidən gündəmə gətirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.

Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi. Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib. "Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.