Bakı. AzerPress:
Türkiyədə yeni konstitusiyanın qəbul edilməsi gözlənilir.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç bildirib.
"15 iyul çevriliş cəhdində uğur qazana bilməyənlər terror aktları və təxribatlarla Türkiyəni çətin vəziyyətə salmağa çalışırlar. Biz məhkəmə birliyinin əldə edildiyi, hərbi məhkəmə sisteminin ləğv edildiyi, hərbi, yüksək inzibati məhkəmələrin, hərbi ali məhkəmənin ləğv edildiyi, hətta mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə olunduğu dövrə son qoyduq.” – deyə o qeyd edib.
Tunç bildirib ki, 28-ci qanunvericilik dövründə parlamentdə reallaşacaq kompromislə yeni konstitusiyanın qəbul edilməsi gözlənilir.
Xatırladaq ki, Türkiyə konstitusiya dəyişikliyi referendumu 16 aprel 2017-ci ildə keçirilib.
Seçicilər Türkiyənin hazırkı Konstitusiyasının 18 maddəsinə əlavə və dəyişikliklərə səs veriblər.
Hafiz Rufizoğlu