Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?

    14 Aprel 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Suriya prezidenti Əhməd Şəraa bazar günü rəsmi səfərlə Əbu-Dabiyə gəlib. Səfərin məqsədi ərəb dünyasının qəbulunu qazanmaq yolunda ən mühüm mərhələni aşmaqdır. Birləşmiş Ərəb Əmirlikləri öz siyasi çəkisi və regional mövqeyi ilə yeni Suriyanın ərəb mühitinə inteqrasiyası üçün həlledici qapı rolunu oynayır.

    Əbu-Dabi Suriyanın ərəb səhnəsinə tədricən dönüşü üçün ən mühüm qapı sayılır. Bu, onun regional və beynəlxalq tərəflərlə çevik münasibətlərinə və məsələləri gərginləşdirmək əvəzinə nəzarət və idarəetmə üzərində qurulmuş praqmatik yanaşmasına əsaslanır.

    Şəraa Əbu-Dabidəki "Qasr əş-Şati"də (Sahil sarayı) BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Analitiklərin fikrincə, bu görüş Əmirliklərin yeni Suriya rəhbərliyi ilə rəsmi və protokollu mühitlərdən (məsələn, "Qasr əl-Vətən" sarayından) uzaq, şəxsi və birbaşa dialoq kanalı açmaq istəyi ilə bağlıdır.

    Səudiyyə Ərəbistanı fevral ayında Şəraanı Ər-Riyadda qəbul etməklə Suriya ilə əlaqələri bərpa istiqamətində addımlar atdı. Şəraanın Qətərlə də sıx münasibətləri mövcuddur. Səfər etmədiyi ölkələrdən Ərəb dünyasında təsirli olan yalnız BƏƏ qalmışdı.

    Şəraa yanvar ayında prezident vəzifəsinə başladıqdan sonra Türkiyə, Misir və İordaniyaya da xarici səfərlər etmişdi.

    Bu səfər qəfil və əvvəlcədən elan olunmadan baş tutdu. Bu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfərin kulis arxasında baş tutmasında rol oynamış ola biləcəyini göstərir. Xüsusilə də Şəraa həmin günlərdə Türkiyədə "Antalya Diplomatik Forumu"nda iştirak edirdi.

    BƏƏ yaxşı anlayır ki, regional təhlükəsizlikdə mühüm yer tutan Suriya ərəb məkanının kənarında qala bilməz.

    Səfər İsrailin Suriyadakı mövqelərə hücumlarının artdığı bir dövrə təsadüf edir. Bu da gündəmə belə bir sualı çıxarır: görəsən, Şəraa İsraillə yaxşı münasibətləri olan BƏƏ-dən hücumların dayandırılması üçün vasitəçilik xahiş edəcəkmi?

    İsrail ordusu vaxtaşırı olaraq Suriyanın cənub, mərkəz və şimal bölgələrindəki mövqeləri vurur. Bu hücumlar 7 oktyabr hücumundan sonra formalaşdırılan yeni milli təhlükəsizlik strategiyasına əsaslanır. Strategiya sərhədlər boyunca təhlükələrin yığılmasının qarşısını almağa yönəlib. Bu isə Suriya ilə bəzi hərbi bazalara nəzarət əsasında açıq hərbi əməkdaşlığa hazırlaşan Türkiyənin narazılığına səbəb olub.

    Müşahidəçilərin fikrincə, BƏƏ İsrailin Suriyaya hücumlarının dayandırılması istiqamətində vasitəçilik rolu oynaya bilər. Lakin bu, yalnız Suriyanın radikal qruplarla əlaqələri kəsməsi və "Müsəlman Qardaşları" təşkilatı ilə münasibətlərini aydınlaşdırması ilə mümkün ola bilər.

    Əbu-Dabi uzun müddətdir ki, bölgədə, o cümlədən Misir, Sudan və Liviyada fəaliyyət göstərən islamçı qrupların sərt əleyhdarı kimi tanınır. BƏƏ əvvəllər də qeyd etmişdi ki, ekstremizm və terrorizm Əsədin devrilməsindən sonra Suriyada ciddi narahatlıq doğuran mənbələrdir.

    Suriya prezidentliyindən verilən açıqlamaya görə, prezident Əhməd Şəraa bazar günü Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşüb. Bu, Şəranın prezident vəzifəsinə başladıqdan sonra Körfəz ölkələrinə etdiyi ikinci səfərdir. Bu səfər Suriyanın yeni islamçı hakimiyyətinin xarici tərəfdaşlara ölkədə hərtərəfli siyasi sistem qurmaq niyyətində olduqlarını çatdırmaq səylərinin bir hissəsidir.
    BƏƏ-nin bu səfərə verdiyi əhəmiyyət aydın görünürdü. Görüşdə ölkənin siyasi və təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli rəsmilər iştirak edirdilər. Bunlar arasında BƏƏ vitse-prezidenti şeyx Mənsur bin Zayed Əl Nəhyan, xarici işlər naziri şeyx Abdullah bin Zayed və Milli Təhlükəsizlik Şurasının baş katibi Əli bin Həmmad əş-Şəmsi yer alırdı.

    #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Müdafiə Nazirliyi #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökumətinin daxili və xarici siyasətində hansı dəyişikliklər olub? #Suriya prezidenti #BƏƏ səfəri #Əbu-Dabi görüşü #İsraillə münasibətlər #BƏƏ İsrail əlaqələri #Ərəb dünyasında qəbul #Suriya-BƏƏ münasibətləri #Şeyx Məhəmməd bin Zayed #Suriya diplomatik səfər #Suriya ərəb inteqrasiyası #Suriya İsrail gərginliyi #İsrailin Suriya hücumları #Türkiyə Suriya əməkdaşlığı #Suriya diplomatik forum #Müsəlman Qardaşları və Suriya #Suriya regional təhlükəsizlik #BƏƏ-nin vasitəçilik rolu #Suriya Körfəz ölkələri #Suriya islamçı hökuməti #Suriya Qərb münasibətləri #Suriya BƏƏ görüşü #BƏƏ və ərəb siyasəti #Yaxın Şərq diplomatiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası

    28 Avqust 2026 03:00

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.