Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji məsələlər naziri Ron Dermer Parisdə ABŞ-ın təşəbbüsü ilə görüş keçiriblər. Görüşdə bölgədə gərginliyin azaldılması məqsədi ilə dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.
#Suriya İsrail gərginliyi
ABŞ Dövlət Departamenti Suriyada davam edən silahlı toqquşmalar və artan təhlükəsizlik riskləri fonunda bu ölkəyə qarşı 4-cü səfər xəbərdarlığını qüvvədə saxladığını açıqlayıb.
Hökumət bəyan edib ki, toqquşmalara səbəb olan yerli druz silahlı qrupları razılaşmaları pozaraq daxili sülhü təhdid ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Suriyadakı son hava hücumlarını kəskin şəkildə pisləyib və bu gərginliyin ciddi regional nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Suriya hakimiyyəti ölkənin cənubunda yerləşən Süveyda əyalətindən bütün hərbi qüvvələrini tam şəkildə geri çəkib.
Suriyanın keçid dövrü prezidenti Əhməd Şara ölkənin cənubundakı Süveyda vilayətində baş verən qarşıdurmalar və İsrailin son hərbi müdaxiləsi fonunda xalqa müraciət edərək milli birlik və sabitlik çağırışı edib.
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, əgər Şam rejimi ölkənin cənubundakı Süveyda bölgəsindən qoşunlarını geri çəkməsə, İsrail bölgədəki hərbi əməliyyatlarını genişləndirəcək.
İsrail Suriyanın cənubuna hücum edib.
Suriya, İsrail ordusunun ölkənin cənub ərazilərindən geri çəkilməsi ilə bağlı İsraillə birbaşa danışıqlar aparıb.
İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.
Suriya, İsrail ordusunun Dəməşq vilayətinin Qətna bölgəsində yerləşən Beyt Cin kəndinə daxil olaraq yeddi nəfəri girov götürməsi və bir mülki şəxsi öldürməsini pisləyib.