Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrail ordusu Hizbullahı hərbi mövqe bərpa etməkdə ittiham edir

    9 Aprel 2025 22:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu Hizbullahı hərbi mövqe bərpa etməkdə ittiham edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail ordusu Hizbullah təşkilatını Livanın paytaxtı Beyrutun cənubunda, yeraltı hərbi obyektin yenidən qurulmasına cəhd göstərməkdə ittiham edib.

    AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Adrainin verdiyi bəyanatda deyilir.

    Hizbullah Beyrutun cənubunda yerləşən Şüveyfat bölgəsində, əvvəllər hərbi məqsədlər üçün istifadə edilən yeraltı obyektin yenidən qurulması üzərində işləyir. Adrainin sözlərinə görə, Hizbullah keçən ilin noyabrında İsrailin hava zərbəsi ilə dağıdılan, döyüş vasitələrinin istehsalı üçün istifadə edilən yeraltı obyekti bərpa etmək istəyir. O əlavə edib ki, bu obyekt yaşayış bölgəsində, məktəbə yaxın yerləşir və mülki əhali üçün ciddi təhlükə yaradır.

    Adrai həmçinin bildirib ki, bu fəaliyyətlərlə bağlı kəşfiyyat məlumatları yanvar ayında beynəlxalq müşahidə mexanizminə ötürülüb və bu da həmin məkanda qəfil yoxlamanın keçirilməsinə səbəb olub.

    Bununla belə, Adrai qeyd edib ki, İsrailin çəkdiyi hava görüntüləri Hizbullahın yoxlamadan əvvəl məlumat aldığını və mühəndis texnikasını həmin ərazidən çıxardığını göstərir. Yoxlama bitdikdən sonra isə texnika yenidən əraziyə qaytarılıb və fəaliyyət bərpa olunub.

    Qeyd edək ki, İsrailin Livana etdiyi hava hücumları davam etsə də, Hizbullah hələlik bu zərbələrə cavab verməyib. Təşkilat son atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İsrailin hücumlarına qarşı rəsmi hərbi reaksiya göstərməkdən çəkinib.

    #İsrail #Livan #Hizbullah #İsrailin Hizbullah ittihamları #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Livanın cənubu #İsrail və Hizbullah müharibəsi #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #İsrailin hava hücumları #Yeraltı obyekt #Hərbi obyekt #Avixay Adrai #Hava zərbəsi #Döyüş vasitələri #Mülki əhali təhlükəsi #Beynəlxalq müşahidə mexanizmi #Hava görüntüləri #Yoxlama #Hərbi reaksiya #Mülki əhali #İsrailin hücumları #Hərbi gərginlik #Şüveyfat bölgəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    3 Sentyabr 2026 22:01

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    3 Sentyabr 2026 21:03

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    3 Sentyabr 2026 18:50

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.