Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    BƏƏ-dən Türkiyə limanlarına 291min tondan çox yük daşınıb (ÖZƏL)

    25 Sentyabr 2024 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ-dən Türkiyə limanlarına 291min tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-avqust aylarında BƏƏ-dən Türk limanlarına 291 min 922 ton yük daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər BƏƏ-dən Türkiyə limanlarına 200 ton yük daşıyıb.

    “Bu ilin yanvar-avqust aylarında BƏƏ-dən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 291 min 722 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində BƏƏ-dən Türkiyəyə BƏƏ bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

    2024-cü ilin yanvar-avqust aylarında BƏƏ-dən Türkiyə limanlarına 95 min 567 tranzit yük daşınıb.

    Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.

    Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.

    “Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.

     “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.

    Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.

    #BƏƏ #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rafael Grossi: ABŞ və İran nüvə çərçivəsi üzrə razılaşmaya yaxındır

    5 İyun 2026 21:31

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Hörmüz boğazından neft və LNG daşımaları məhdud şəkildə bərpa olunur

    2 İyun 2026 19:14

    İniesta BƏƏ-də baş məşqçi oldu

    2 İyun 2026 13:39

    Körfəz ölkələri və GCC Küveytə edilən hücumları sərt şəkildə pisləyib

    28 May 2026 18:58

    Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

    26 May 2026 16:38

    Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq niyə dərhal vacibdir?”

    25 May 2026 20:19

    Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq minimum şərtdir”

    25 May 2026 20:14

    İran ABŞ-ın BƏƏ-dəki nüvə obyektinə hücum iddialarını rədd edir

    23 May 2026 12:07

    İran Hörmüz Boğazında BƏƏ və Omanın sularını zonası elan etdi

    22 May 2026 16:13

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38
    XƏBƏR LENTİ

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    “Domino nəzəriyyəsi” yanlış idimi? MKİ-nin məxfi hesabatı Vyetnam müharibəsi ilə bağlı nəyi ortaya qoydu?

    Mülayim gücün fortifikasiyası: 2025 Range Rover SE Plug-In Hybrid icmalı

    Tarixdə bu gün - 9 İyun

    Livan UNESCO-ya müraciət edib

    Qalibaf niyə həm döyüşdən, həm də danışıqlardan danışır?

    Qalibaf: ABŞ nə atəşkəs, nə də dialoq axtarır

    İsrailin Zefta qəsəbəsinə hücumu nəticəsində azı 7 nəfər həlak olub

    İran hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv edib

    ABŞ qüvvələri İrana doğru hərəkət edən neft tankerinə zərbə endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.