Bakı,AzerVoice
İsraili qeyd-şərtsiz dəstəkləyənlər Qəzzada törədilən qətliamın ortaqlarıdır.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan İstanbulda Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri İbrahimoviçlə birgə mətbuat konfransı keçirib.
"Qəzzada qətliam törədənlər cəzasız qalmamalıdır. Bu qatillər gec-tez beynəlxalq məhkəmələrdə cavab verməlidirlər",- deyə nazir bildirib.