Bakı, AzerVoice
Türkiyədə başda Kırklareli olmaqla dörd vilayətdə bir-birinə düşmənçilik edən Nizamettin Gündüz və Ercan Kartayın başçılıq etdiyi iki ayrı mütəşəkkil cinayət qrupuna qarşı “Kuyu-15” əməliyyatı keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri ALi Yerlikaya sosial media hesabında açıqlama verib.
Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən qruplaşma başçıları olan 30 şübhəli həbs edilib.
Cinayətkar dəstənin üzvləri Cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə cəhdi, talançılıq, əmlaka ziyan vurma, sələmçilik, fahişəlik və insan alveri, qəsdən təhlükə törətmək və 6136 saylı qanunu pozmaq maddələri ilə cinayət törətdikləri müəyyən edilib.
Keçirilən əməliyyatlar nəticəsində ilkin məlumata görə, on sənədsiz silah və çox sayda patron ələ keçirilirək götürülüb.