Bakı,AzerVoice
Fransanın ən böyük dəmir yolu şirkəti SNCF, cümə günü səhər qatar infrastrukturuna böyük hücum edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, hücumun 2024-cü il Paris Olimpiadasının açılış mərasimi ərəfəsində ölkə daxilində nəqliyyat sistemini xaosa salacağı gözlənilir.
Hücum bir çox qatar marşrutunun dəyişdirilməsinə və ləğv edilməsinə səbəb olub.
"Bütün sərnişinlərdən səyahətlərini təxirə salmalarını və stansiyalara getməmələrini xahiş edirik",- deyə SNCF sosial media hesabında bildirib.
Hücumun 2024-cü il Paris Olimpiadasının ilk günündə nəqliyyat sistemini xaosa salacağı gözlənilir.
SNCF sözçüsü hücumun yanğın hadisəsi olduğunu bildirib.