İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani Münhen Təhlükəsizlik Konfransı zamanı Siemens Energy şirkətinin baş direktoru Kristian Bruç ilə.
Bakı,AzerVoice
İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı Siemens Energy şirkətinin baş direktoru Kristian Bruç ilə mühüm müzakirələr aparıb. AzerVoice xəbər verir ki, müzakirə zamanı Siemens Energy şirkətinin İraqdakı dayandırılan layihələrinin yenidən bərpası müzakirə olunub.
Layihələrin bərpası üçün anlaşma memorandumu da imzalanıb.
Memorandum, səmt qazının istifadəsinə sərmayələri artırmaq və bununla da İraqın bu mühüm sektorda imkanlarını artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, İraq səmt qazının potensialından istifadə etməklə nəinki resursdan istifadəni optimallaşdırmağa, həm də ekoloji davamlılıq məqsədlərinə töhfə verməyə çalışır.