Bakı. AzerVoice:
Türkiyənin Çanaqqala şəhərində 200-ə yaxın sözdə müridi ilə yaşayan Mustafa Çabuk sosial şəbəkədə özünü Mehdi elan edib.
AzerVoice xəbər verir ki, özlərini “Xilafət Muhammediye” təriqətinin üzvləri kimi təqdim edən qrup qanunsuz qazma işləri apararkən jandarma tərəfindən saxlanılıb.
Məlumata əsasən, 21 nəfər həbs edilib. Şikayət əsasında keçirilən əməliyyat zamanı iki sənədsiz silah ələ keçirilib.