#Çanaqqala

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

Çanaqqala Onsəkkiz Mart Universiteti Xəstəxanası 4 növ tibbi cihazın satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 20 gün ərzində təhvil alınacaq.

Çanakkale Yol və Nəqliyyat Xidmətləri İdarəsi 700 min litr dizel yanacağının alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq tenderin nəticələri açıqlandıqdan sonra 14 ay ərzində təhvil alınacaq.

Meşə Baş Müdirliyi yanğınların tam nəzarət altına alınması üçün əməliyyatların davam etdiyini açıqlayıb. Geliboluda 9 təyyarə, 6 helikopter, 143 texnika və 391 nəfərlik canlı qüvvə ilə alova müdaxilə olunub. Kənd sakinlərinin dəstəyi ilə alovun qarşısı qismən alınıb, Pazarlı və İlqarderə kəndlərindən 126 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib. Muğlanın Yatağan rayonunda baş verən yanğın havadan və qurudan müdaxilə ilə söndürülüb, soyutma işləri aparılır. Bursanın Orhangazi rayonunda yanğına 2 helikopter, PUA, 8 su maşını və 62 nəfərlik qüvvə cəlb olunub və ərazi nəzarətə götürülüb. İzmirin Menderes rayonunda isə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib, 8 təyyarə, 8 helikopter və 239 nəfərlik personalın səyi ilə nəzarət altına alınıb.

Sarıcaeli kəndində hələ məlum olmayan səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları alovları nəzarət altına almaq üçün havadan və qurudan əməliyyatlar həyata keçirir. Yanğınsöndürən təyyarələrin manevr imkanlarını artırmaq üçün Çanaqqala boğazı şimaldan cənuba bir istiqamətdə gəmiçiliyə bağlanıb.