Bakı. AzerVoice:
İsrail Mağazi Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib.
AzerVoice-nin məlumatına görə, hücum zamanı Qasatneh rayonunda Rabah, Samra, Kharees, Shana və Abed ailələrinin yaşadığı bina dağıdılıb, 15 nəfər yaralanıb.
Yerli qaynaqlar hücumdan əvvəl heç bir xəbərdarlıq edilmədiyini bildirərək, hücumun Rəfahda gözlənilən hərbi əməliyyat səbəbilə bir çox ailənin sözügedən bölgəyə qayıtmağa başladığı günlərdə həyata keçirildiyinə diqqət çəkib.
Yaralılar müalicə olunmaq üçün Deyr Əl-Bəlah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 663 nəfərə çatıb.
Hafiz Rufizoğlu