Bakı. AzerVoice:
İsrail Rəfah şəhərinə hücumları dərhal dayandırmalıdır.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
"İsrailin Rəfaha hücumları beynəlxalq və humanitar hüquq baxımından cinayətdir və baş verənlərdən son dərəcə narahatıq. Hücumlar dərhal dayandırılmalıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.