Bakı,AzerVoice
BMT Təhlükəsizlik Şurası gələn həftə Əlcəzairin tələbi ilə, iuclas keçiriəcək.AzerVoice-nin məlumatına əsasən bu haqda Əlcəzair XİN açıqlamasında deyilir.
Məlumatda qeyd olunur ki, Əlcəzair Beynəlxalq Ədalət Məhkəməsinin İsraili Qəzza zolağında soyqırım aktının qarşısını almağa çağıran qərarına baxmaq üçün təcili iclas keçirəcək.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi təlıb edib.