Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir

    22 Yanvar 2024 20:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    AzerVoice-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Müdafiə naziri qardaş ölkə Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

    Nazir hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsir etdiyini vurğulayıb.

    Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən professor E.Afyoncu ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. Hərbi təhsil sahəsində həyata keçirilən islahatların bundan sonra da davam etdirilməsinin, eləcə də bu istiqamət üzrə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

    Görüşdə hər iki ölkənin hərb tarixinin, o cümlədən qəhrəmanlıq salnamələrinin araşdırılmasının vacibliyi xüsusi vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Sonra E.Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

    Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir
    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir
    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir
    Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlığ edir
    #Türkiyə #Azərbaycan #Zakir Həsənov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    8 İyun 2026 11:56

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün iş aparılır - XİN

    6 İyun 2026 16:35

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    6 İyun 2026 14:31

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    6 İyun 2026 14:21

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

    5 İyun 2026 20:35

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43
    XƏBƏR LENTİ

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.