Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

    VOA xəbər verir ki, bu fikirlər Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Misirin nüfuzlu “əl-Əxbar” qəzetinə müsahibəsində yer alır. Yazıda Misir-Azərbaycan əlaqələrinin tarixi, Dostluq Cəmiyyətinin və Misirdə Azərbaycan diasporunun fəaliyyəti barədə danışılır.

    Müsahibədə vurğulanır ki, Azərbaycan və Misir arasında qarşılıqlı hörmətə, dostluğa və ortaq maraqlara əsaslanan münasibətlər davamlı şəkildə inkişaf edir. Qeyd olunur ki, iki ölkə arasında enerji, ticarət, investisiya, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

    Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq arenada mühüm rol oynayır.

    Rəhbərlik etdiyi Dostluq Cəmiyyətinin fəaliyyətinə də toxunan Seymur Nəsirov diqqətə çatdırıb ki, əsas hədəf Misir və Azərbaycan xalqları arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməkdir. Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda dünyanın 61 ölkəsindən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

    #Azərbaycan #Misir #Azərbaycan dili #mədəni əməkdaşlıq #Misir-Azərbaycan Dostluq Cəmiyyəti #Seymur Nəsirov #Təhsil proqramları #humanitar əlaqələr #tarixi əlaqələr #diaspora #kurslar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    1 Avqust 2026 11:00

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13

    Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov

    31 İyul 2026 09:44

    Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

    31 İyul 2026 09:43

    Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər nümayiş etdirir - Japarov

    31 İyul 2026 09:08

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    30 İyul 2026 18:24

    Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

    30 İyul 2026 18:12

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

    30 İyul 2026 10:38

    Misirin Dəmiyət limanında qaz tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib

    29 İyul 2026 21:14

    Azərbaycanın Macarıstana yeni səfiri təyin edilib

    29 İyul 2026 20:39
    XƏBƏR LENTİ

    ABŞ Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək istəyir - Rubio

    Qətər itkin düşən pilotlarımız barədə məlumat vermir - İran

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    İranın PUA hücumları: Küveyt hava hücumundan müdafiə sistemlərini aktivləşdirdi

    Səudiyyə Ərəbistanı Qəzza ilə bağlı tarixi razılaşmanı dəstəklədi

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb

    Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

    Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.