Bakı, AzerVoice:
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyi (TUA) məlumat yayıb.
Xatırladaq ki, Gezeravcı 2023-cü ilin aprel ayında ABŞ-ın Texas ştatının Hyuston şəhərində təlimlərə başlayıb.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.