Xəbər lenti

Ərzurum Səhiyyə İdarəsi tərəfindən tabeliyində olan xəstəxana və tibb müəssisələrində kompensasiya panellərinin təmiri və texniki xidməti üzrə açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihə çərçivəsində 56 növ texniki xidmət və təmir işi nəzərdə tutulur və xidmətlər 12 ay müddətində icra ediləcək.

Ehtimal olunur ki, Əbu Müslim Xorasani hicri 100-cü (miladi 718-19) ildə İsfahan və ya Mərvdə doğulub. Onun mənşəyi və adı haqqında mənbələrdə fərqli məlumatlar verilir. Öz kəsdirdiyi sikkələrdə adı Abdurrahman b. Müslim şəklində keçsə də, bəzi mənbələrdə İbrahim b. Osman, Quderz və Büzürqmihrin nəvəsi İbrahim, Vendad Hürmüzün oğlu Behzadan olaraq da qeyd edilmişdir. Əbu Müslimin etnik mənşəyi dəqiq məlum deyil. Ərəb olmamaqla yanaşı, türk və ya fars əsilli olduğuna dair də qəti bir məlumat yoxdur. Uşaqlıq illərini Əməvi əleyhdarı siyasi və sosial fəaliyyətlərin mərkəzi olan Kufədə keçirdiyi anlaşılan Əbu Müslim, Əbu Duləf əl-İclinin babası İdris b. Maqilin himayəsində böyümüş, onun oğlu ilə birlikdə oxumuş və Quranı əzbərləmişdir.

Səudiyyə Ərəbistanının Məkkə əyalətində yerləşən Dakka dağı (Cəbəl Dakka) və onun ətrafındakı Şəms Əl-Əssil bölgəsi, Krallığın ən nadir və əsrarəngiz təbiət mənzərələrindən biri hesab olunur. Bu ərazi Qırmızı dəniz sahillərindən Taif dağlarına qədər uzanan zəngin flora və faunası ilə həm yerli, həm də beynəlxalq turistlərin diqqət mərkəzindədir.

Dəmir yolunun inşa edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək”.

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz”.

Dövlətimizin başçısı əlavə edib: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.

Dövlətimizin başçısı əlavə edib: “Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. “Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Evdə ayaqyalın gəzmək bir çox insan üçün rahatlıq və sərbəstlik hissi yaratsa da, bu vərdişin sağlamlıq baxımından nə dərəcədə faydalı və ya zərərli olması uzun illərdir müzakirə edilir. Mütəxəssislər hesab edir ki, ayaqyalın gəzməyin həm sağlamlıq üçün mühüm üstünlükləri, həm də müəyyən riskləri mövcuddur.

O, gənc bir çoban idi. Uqbə bin Əbu Muaytın qoyunlarını otarırdı. Bir gün yanına iki nəfər yaxınlaşaraq susadıqlarını dedilər və süd istədilər. Gənc çoban onlara unudulmaz bir cavab verdi: “Var, amma verə bilmərəm! Bu qoyunlar mənə əmanət edilmişdir. Sahibinin icazəsini almadan süd verə bilmərəm, əks halda əmanətə xəyanət etmiş olaram.”

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub. “PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.