Demonologiya ədəbiyyatında Ziminiar (Zymymar adı ilə də çəkilir) “Süleymanın Kiçik Açarı” (The Lesser Key of Solomon) adlı məşhur okkult kitabda qeyd olunan dörd əsas demonik hökmdarından biri kimi təsvir olunur. Xristian inancına görə, Süleyman peyğəmbər 72 cin və ifriti öz hökmü altına almış və onların üzərində dörd nəzarətçi təyin etmişdi.
İnanc və terminlər: Dinlərin sirri
Türk mədəniyyətində islamın təməl prinsipləri olan iman, ibadət və əxlaqın, Qurani-Kərim və Sünnəyə əsaslanaraq öyrədilməsi üçün xalq dilində yayılan “54 Fərz” termini vardır.
Demonologiyada Phenex (eyni zamanda Pheynix, Phoenix və ya Phoeniex olaraq da yazılır) "Goetia" (Solomonun gizli elmlər qrupuna) aid olan bir şeytandır. Cəhənnəmin Böyük Markizi hesab olunan bu varlığın mütləq əmrində 20 şeytan legionunun (ordusunun) dayandığı bildirilir. O, vizual olaraq uşaq səsinə sahib, sirunların (mifik dəniz pərilərinin) cazibədar nəğməsi kimi oxuyan feniks quşu cildində peyda olur. İnsan formasına daxil olduqdan sonra o, sehrbazlar üçün elmləri öyrədir, mükəmməl bir şair kimi çıxış edir və onu çağıran şəxsə (sehrbaza) son dərəcə itaətkar davranır. Batil inanclara görə, o 1200 il keçdikdən sonra yenidən göy üzünün (cənnətin) yeddinci taxtına qayıtmaq ümidi ilə yaşayır.
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Qədim xalqların çoxu caduya inanırdı. Buna görə də dini etiqadlarının içinə də cadu qarışmışdı. Yəhudilər arasında da cadugərlik yayılmışdı və onlar Süleyman peyğəmbərin cadugər olduğuna inanırdılar. Quranda Süleymanın peyğəmbər olduğu xəbər verildikdə yəhudilər: “Mühəmməd Süleymanı peyğəmbər zənn edir. Halbuki o, bir cadugər idi”, – demişdilər.)
Huma quşu — türk mifologiyasında əfsanəvi "cənnət quşu" kimi tanınan, gözlə görünməyəcək qədər yüksəkliklərdə yaşayan və heç vaxt yerə toxunmadan davamlı uçan müqəddəs bir varlıqdır. Bəzi qədim mənbələrdə onun ayaqlarının olmadığı, ömrünü göylərdə keçirdiyi bildirilir. Mifoloji inanclara görə, o, xoşbəxtlik, səadət və müvəffəqiyyət rəmzidir. Elə bu səbəbdən də xalq arasında "bəxt quşu", "tale quşu", "səadət quşu" və ya "dövlət quşu" adları ilə şöhrət tapmışdır.
Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.
İslam dini yalnız gündə beş dəfə namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəkat vermək və həccə getmək kimi beş təməl şərtlə məhdudlaşmır. İslamın mahiyyəti daha dərindir; burada həyat "dini" və "dünyəvi" deyə iki qütbə ayrılmır. Ruhani və sekulyar anlayışların kəskin sərhədləri yoxdur — müsəlmanın həyatı bir vəhdət halındadır.
Dua sözü ərəb dilindən tərcümədə "çağırmaq", "səslənmə" mənalarını verir. İslam terminologiyasında isə dua bəndənin öz Yaradanı ilə birbaşa ünsiyyəti, Ondan kömək istəməsi və Ona sığınmasıdır. Qurani-Kərimdə və hədislərdə duanın müxtəlif mənaları və əhəmiyyəti geniş şəkildə işıqlandırılmışdır.
Bir adı da “quşluq” olan bu namaz günəşin doğmasından 45 dəqiqə sonra, azı, iki, çoxu, on iki rükət arasında, zəval vaxtına qədər qılınan namazdır. Həzrət Peyğəmbərin bu namazın fəzilətlərindən və neçə rükət olduğundan bəhs edən çoxlu rəvayət mövcuddur.
"Qlobal sülh və birgəyaşayış naminə İnsan Qardaşlığı Sənədi" 2019-cu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, Əl-Əzhərin şeyxi doktor Əhməd əl-Tayyib və Papa Fransisk tərəfindən imzalanmış tarixi bir sənəddir. Bu sənəd, İslam və Xristianlıq dinlərinin iki əsas dini lideri arasında ilk birgə bəyannamə kimi qiymətləndirilir.
"Səhabə" termini "səhabi" kəlməsinin cəm formasıdır. Ərəb mənşəli olan bu söz lüğəvi baxımdan "söhbət etmək", "yoldaşlıq etmək" və ya "dostluq qurmaq" mənalarını verən [s-h-b] feil kökündən törəmişdir. İstər qısa, istərsə də uzun müddət bir məclisdə və ya söhbətdə iştirak edən şəxsə səhabi deyilir. Dilimizdə geniş istifadə olunan "əshab" kəlməsi də eyni mənanı ifadə edən digər cəm formasıdır.
İbadilik, Abdullah b. İbad tərəfindən qurulan və günümüzə qədər varlığını davam etdirən, xəlifəliyin Qureyş qəbiləsinə məxsus olmadığını müdafiə edən mötədil xarici təriqətidir.