İran

Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən “Azadlıq layihəsi” təşəbbüsü Vaşinqtonun Hörmüz boğazında yeni reallıq formalaşdırmaq imkanlarının məhdud olduğunu ortaya qoyub. Təşəbbüsün məqsədi İranın boğaz üzərində faktiki nəzarətini zəiflətmək və gəmiçilik azadlığını bərpa etmək idi.

İraqın baş nazir vəzifəsini icra edən Əli Faleh Əz-Zeydi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı İraqın Tehran və Vaşinqton arasında vasitəçilik rolunu oynaya biləcəyini bildirib. İraq hökumətinin yaydığı məlumata görə, tərəflər arasında çərşənbə axşamı baş tutan telefon danışığında regional böhranların həlli və diplomatik dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.

Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib

ABŞ dövlət katibi Marko Rubio İrana qarşı həyata keçirilən “Epik Qəzəb” adlı hərbi əməliyyatın başa çatdığını bildirib. Bildirilib ki, ABŞ yaxın günlərdə BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edəcək. Layihə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını və İranın hücum fəaliyyətlərinin dayandırılmasını nəzərdə tutur.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişənin həlli üçün “ədalətli və hərtərəfli razılaşma”ya hazır olduqlarını bildirib. Nazir vurğulayıb ki, İran yalnız ədalətli şərtlər əsasında razılaşmanı qəbul edə bilər və ABŞ tərəfinin yanaşmasında dəyişiklik olacağı təqdirdə danışıqlar davam etdirilə bilər.

Dünya çempionatı ərəfəsində İran tərəfi beynəlxalq futbol qurumuna müraciət edib. O bildirib ki, İran nümayəndə heyətinin səfəri zamanı dövlət simvollarına, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı hər hansı təhqiredici münasibətə yol verilməməlidir. Taj qeyd edib ki, İran millisi dünya çempionatına vəsiqə qazanıb və turnirin təşkilatçısı FIFA olduğuna görə bütün iştirakçılar üçün bərabər və hörmətli şərait təmin edilməlidir.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun İrana qarşı hücum əməliyyatları başa çatıb və ölkə indi müdafiə mərhələsinə keçib. O, “Əfsanəvi qəzəb” adlı əməliyyatın sona çatdığını, prezident Donald Trampın isə yeni “Azadlıq layihəsi”ni başlatdığını açıqlayıb.

İsrail Hərbi Hava Qüvvələrinin yeni komandanı Umər Tişler Çərşənbə vəzifəsinin icrasına başlama mərasimində bəyan edib ki, yəhudi dövləti lazım gələrsə, İrana qarşı "bütün hava qüvvələrini" istifadə etməyə hazırdır. Tomer Barı bu postda əvəz edən Tişler deyib: "İrandakı hadisələri yaxından izləyirik və ehtiyac yaranarsa, bütün hava qüvvələrimizi şərqə yerləşdirməyə hazırıq".

ABŞ-ın müdafiə naziri Pit Heqset İranla hərbi qarşıdurma niyyətlərinin olmadığını bildirib. Nazirin sözlərinə görə, məqsəd İranın bölgədə yaratdığı təzyiqləri aradan qaldırmaq və ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Heqset vurğulayıb ki, ABŞ bu prosesdə İranın hava məkanı və ya ərazi sularına daxil olmağa ehtiyac duymur və qarşıdurma niyyətində deyil

İordaniya Kralı II Abdullah Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığında İranın yenidən həyata keçirdiyi hücumları qəti şəkildə pisləyib. Kral Abdullah II bildirib ki, İordaniya BƏƏ ilə tam həmrəylik nümayiş etdirir və ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir.