BAKI,VOA,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Dövlət katibi Marko Rubiyonun İranın dəstəklədiyi qruplarla bağlı açıqlamalarına cavab verib.
VOA xəbər verir ki, o, ABŞ-ın siyasətinin Yaxın Şərqdə sülhün əsas maneəsi olduğunu bildirib.
Bəqai öz sosial şəbəkə hesabında Rubiyonun İraq ərazisindəki silahlı qruplar, eləcə də Hizbullah və Həmasla bağlı tənqidlərini əks etdirən videonu paylaşaraq ABŞ-ı ittiham edib.
O qeyd edib ki, ABŞ-ın hərbi siyasəti və regiona müdaxilələri davam etdikcə sabitliyin mümkün olmayacağını düşünür.
İran rəsmisi həmçinin İsrailin cəzasız şəkildə hərəkət etdiyini və bölgədə gərginliyi artırdığını iddia edib.