#Çin Xarici İşlər Nazirliyi

Çin xarici işlər naziri Van Yi bildirib ki, Hörmüz boğazı böhranının həlli Vaşinqton və Tehran arasında daimi və hərtərəfli atəşkəs əldə olunmasından keçir. Prezident Si Cinpin vurğulayıb ki, güc yolu ilə problemlər həll olunmaz, yeganə düzgün yol dialoqdur. Çin sülh danışıqlarını təşviq etməyə və Yaxın Şərqdə sabitlik yaratmağa hazırdır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişənin həlli üçün “ədalətli və hərtərəfli razılaşma”ya hazır olduqlarını bildirib. Nazir vurğulayıb ki, İran yalnız ədalətli şərtlər əsasında razılaşmanı qəbul edə bilər və ABŞ tərəfinin yanaşmasında dəyişiklik olacağı təqdirdə danışıqlar davam etdirilə bilər.

Yaponiyada özünü aktiv hərbçi kimi təqdim edən bir şəxs Çin Xalq Respublikasının Tokiodakı səfirliyinə daxil olaraq diplomatları ölüm təhlükəsi ilə hədələyib. Sözçü, Vyana Konvensiyasının ciddi şəkildə pozulduğunu vurğulayaraq, Çin diplomatlarının və səfirliyin təhlükəsizliyinin təhdid olunduğunu qeyd edib və Yaponiyaya diplomatik kanallar vasitəsilə etiraz notası göndərildiyini açıqlayıb.

Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib. Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin 2025-ci ildə Tyançində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək. Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpin ŞƏT-ə üzv dövlət başçılarının Şurasının 25-ci iclasına və SCO+ formatında keçiriləcək görüşə sədrlik edəcək, həmçinin proqram xarakterli çıxış edəcək.