Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Hörmüz boğazında gəmi hərəkəti statistikası - Çin liderlik edir

    7 Aprel 2026 14:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hörmüz boğazında gəmi hərəkəti statistikası - Çin liderlik edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Son iki gün ərzində Hörmüz boğazından müxtəlif təyinatlı 29 gəminin keçidi qeydə alınıb ki, bu da mart ayından bəri ən yüksək göstərici hesab olunur.

    VOA xəbər verir ki, "Marine Traffic" platformasının məlumatlarına əsasən, 4-6 aprel tarixləri arasında boğazdan hər iki istiqamətdə neft tankerləri, qazdaşıyan və yük gəmiləri keçib. ABŞ və İsrail ilə İran arasında davam edən müharibə səbəbindən Tehranın tətbiq etdiyi məhdudiyyətlərə rəğmən, bu rəqəm son bir ayın rekordudur. Analizlər göstərir ki, keçid edən gəmilər arasında Çin şirkətlərinə məxsus 7 gəmi ilk sırada yer alır. Onları hər biri 5 gəmi olmaqla İran və Yunanıstan şirkətləri izləyir.

    Məlumata görə, bütün gəmilər İranın ərazi sularında, Keşm adasının cənubu ilə uzanan dar bir marşrutdan istifadə ediblər. İran rəhbərliyi bəyan edib ki, Hörmüz boğazının tam açılması yalnız hücumlar nəticəsində dəyən zərərin ödənilməsi və yeni keçid sistemindən əldə olunacaq gəlirlər müqabilində mümkündür. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın sərt xəbərdarlıqlarına baxmayaraq, rəsmi Tehran müvəqqəti atəşkəs müqabilində boğazın açılması təklifini rədd edib.

    Hazırda dünya neft və təbii qaz daşımalarının təxminən beşdə birinin keçdiyi bu strateji su yolu beynəlxalq gərginliyin mərkəzindədir. ABŞ və İsrail boğazın açılması üçün hərbi təhdidlərini artırsa da, İran tərəfi enerji infrastrukturuna hər hansı hücum olacağı təqdirdə bölgədəki digər enerji obyektlərini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə "icazəsi olmayan" bir neçə gəminin boğaza giriş-çıxışına qadağa qoyduğunu açıqlayıb.

    #Hörmüz boğazında gəmi hərəkəti statistikası #Çin gəmilərinin Hörmüz boğazından keçidi #İran və ABŞ müharibəsinin dəniz ticarətinə təsiri #Marine Traffic Hörmüz boğazı məlumatları 2026 #Neft tankerlərinin Keşm adası marşrutu #Hörmüz boğazının bağlanması və qlobal enerji böhranı #SEPAH-ın boğazda gəmilərə tətbiq etdiyi məhdudiyyətlər #Donald Trampın İrana qarşı Hörmüz hədələri #İranın yeni keçid sistemi və kompensasiya tələbi #Hörmüz boğazında strateji gəmi marşrutları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    “Düşmən mövqeli” media qurumları mümkün hərbi hədəf sayıla bilər - İran

    26 Avqust 2026 20:18

    İran xalqı ABŞ ilə müharibədə geri çəkilməyəcək - Məsud Pezeşkian

    26 Avqust 2026 19:27

    İranda bir ABŞ dolları 2 milyon riala çatdı - Bu pula indi nə almaq mümkündür?

    26 Avqust 2026 19:18

    İran və Oman Hörmüz boğazının bölgüsü ilə bağlı razılığa gəlib

    26 Avqust 2026 18:15

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qalibaf ABŞ maliyyə nazirini ələ saldı

    26 Avqust 2026 11:51

    İran və Oman Hörmüzlə bağlı razılaşma üzərində işləyir

    26 Avqust 2026 11:14

    İran Trampın oğlunun öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib

    26 Avqust 2026 10:51

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    25 Avqust 2026 22:34

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    25 Avqust 2026 21:16

    Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı

    25 Avqust 2026 21:11
    XƏBƏR LENTİ

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.