BAKI,VOA, Fərid Mikayılov
İsrail İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsirinin hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.
VOA xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Tənqsiri gecə saatlarında həyata keçirilən hücum zamanı digər yüksək rütbəli dəniz qüvvələri komandirləri ilə birlikdə zərərsizləşdirilib.
Nazirin sözlərinə görə, Tənqsiri Hörmüz boğazında gəmilərin hərəkətini məhdudlaşdıran hücumların təşkilinə rəhbərlik edirdi. O qeyd edib ki, bu əməliyyat İranın yüksək rütbəli hərbi rəhbərliyinə “açıq mesaj” xarakteri daşıyır.
İran tərəfi isə hələlik Tənqsirinin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib.