#İran ordusu Hörmüz yaxınlığında F-15 qırıcısını vurduğunu açıqlayıb

İran ordusu ölkənin cənubunda ABŞ-a məxsus olduğu iddia edilən F-15 tipli qırıcı təyyarəni hava hücumundan müdafiə sistemləri ilə vurduğunu açıqlayıb. Məlumata görə, vurulan təyyarə Hörmüz adası yaxınlığında dənizə düşüb. İran dövlət televiziyası Hava Hücumundan Müdafiə Birgə Qərargahının bəyanatına istinadən xəbər yayıb. Bildirilib ki, bir neçə saat əvvəl düşmənə məxsus F-15 qırıcısı ölkənin cənub sərhədlərində hədəfə alınıb. Ordu qüvvələrinin "yer-hava" tipli raket sistemləri ilə vurduğu təyyarənin Bəsrə körfəzindəki Hörmüz adası yaxınlığında "suya batdığı" qeyd edilib. Hazırda təyyarənin taleyi və qalıqları ilə bağlı araşdırma başladılıb.