Maraqlı faktlar

Yaponiyada son illər cəmiyyətin diqqət mərkəzində olan ən ciddi sosial problemlərdən biri hikikomori adlanan uzunmüddətli sosial təcrid fenomenidir. Bu vəziyyətdə olan insanlar aylarla, hətta illərlə evdən çıxmadan yaşayır, sosial əlaqələrini minimuma endirir və cəmiyyətlə bütün münasibətlərini kəsirlər.

İnsan orqanizmi gözlə görünməyən, amma hər an baş verən milyonlarla bioloji, fizioloji və davranış proseslərinin vahid sistemidir. Bu möcüzəli sistemin bəzi incəlikləri isə, sadəcə tibbi məlumat olmaqla qalmır, gündəlik həyatımızın fonunda maraqlı hekayələrə çevrilir. Gəlin insan bədəninə aid bir neçə qeyri-adi, lakin elmə əsaslanan faktlara birlikdə nəzər salaq.

Bitkilərdə cinsiyyət fərqləri, əsasən, spermanın və yumurtanın əmələ gəldiyi orqanlarla müəyyən edilir. Örtülütoxumlu (çiçəkli) və açıqtoxumlu bitkilərdə erkək orqanlar polen, yəni sperma daşıyan tozcuqları, dişi orqanlar isə yumurtacıq (ovul) ehtiva edən yumurtalıqları əmələ gətirir. Beləliklə, bu bitkilər cinsiyyətə görə müəyyənləşə bilirlər.

İmam Qəzali Böyük Səlcuq dövlətində Tuğrul bəy, Alparslan, Məlikşah, Berkyaruk, Məhəmməd Tapar ilə birlikdə sonuncu hökmdar Əhməd Səncərin Xorasan hakimi olduğu dövrləri görmüşdü. İlahiyyat və əxlaq alimi Qəzaliyə qarşı olan bəzi şəxslər ona böhtan ataraq ləkələməyə çalışırdılar. Sultan Səncər məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirsə də, İslam alimi bəhanələr gətirərək onun hüzuruna getməmiş və bunun səbəblərini izah edən tarixi bir məktub göndərmişdir.

Səhərləri enerjili başlamaq üçün bir neçə sadə vərdiş yaratmaq, enerjinizi artırmaqla yanaşı, gün ərzində daha məhsuldar olmağınıza da kömək edəcək. Səhər nə edəcəyinizi öncədən planlaşdırın, bu, günü aydın bir məqsədlə başlamağınıza şərait yaradacaq.Mütəxəssislər günə gümrah başlamaq və zehni olaraq tam hazır olmaq üçün aşağıdakı vərdişləri müntəzəm tətbiq etməyi tövsiyə edirlər:

“Stomatoloqların bir nömrəli seçimi”, “Dermatoloqların tövsiyə etdiyi məhsul” kimi reklam şüarları uzun illərdir marketinq strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu cür mesajların təsiri insanların qərarvermə prosesində istifadə etdiyi psixoloji “qısa yollar” (heuristikalar) ilə əlaqədardır.

Marketinq mütəxəssisləri bildirirlər ki, məhsulu tanıtmağın ən qeyri-adi üsullarından biri onun xüsusiyyətlərini göstərmək deyil, məhz yoxluğunu nümayiş etdirməkdir. Psixologiyada “çatışmazlıq effekti” (scarcity effect) kimi tanınan bu yanaşma istehlakçılarda maraq və emosional reaksiya yaradaraq brendin yadda qalmasına kömək edir.

İllərdir şirkətlər, liderlər və fərdlər başqalarının etimadını qazanmaq üçün müxtəlif psixoloji üsullardan, kommunikasiya strategiyalarından və inandırma metodlarından istifadə edirlər. Lakin uzunmüddətli güvən yaratmağın əsas yolu sadəcə düzgün danışmaq deyil, dəyərlərlə maraqlar arasında seçim qarşısında qalanda doğru qərar verməkdir.

İnsanların alış-veriş zamanı verdiyi qərarlar yalnız zövq və ehtiyaclarla bağlı deyil. Beynimiz əvvəl gördüklərini və yaşadıqlarını müqayisə edərək yeni seçimləri fərqli şəkildə qiymətləndirə bilir. Psixologiyada bu hadisə “qavrayış ziddiyyəti” (perceptual contrast) prinsipi ilə izah olunur. Bu prinsipə görə, əvvəlki təcrübələrimiz sonrakı hadisələri necə qəbul etdiyimizə birbaşa təsir edir. Məsələn, aparılan klassik təcrübələrdən birində insanlardan bir əlini soyuq, digər əlini isə isti suya salmaları istənilir. Bir neçə dəqiqədən sonra hər iki əl ilıq suya yerləşdirildikdə fərqli hisslər yaranır. Soyuq sudan çıxan əl ilıq suyu daha isti, isti sudan çıxan əl isə həmin suyu daha soyuq kimi qəbul edir.