Alimlər sahil eroziyasını dayandırmaq və çimərlikləri xilas etmək üçün qumları elektrikləşdirməyi təklif edirlər. Tədqiqatçılar deyirlər ki, infrastrukturu zədələyən və torpaq itkisinə səbəb olan eroziya hər il dünyada milyardlarla dollar ziyana səbəb olur. Dəniz səviyyəsinin yüksəlməsi ilə sahil eroziyası xüsusilə sahilyanı ərazilərdə yaşayanlar üçün böyük təhlükə yaradır. Dünya əhalisinin təxminən 40 faizinin bu bölgələrdə yaşadığı təxmin edilir.
#Elmi araşdırma
Araşdırmada qeyd olunur ki, “zaman səyahəti” anlayışı fizika qanunları çərçivəsində tamamilə mümkünsüz sayılmaya bilər. Tədqiqatçılar hesab edirlər ki, ən azı məlumatın keçmişə ötürülməsi nəzəri müstəvidə mümkündür.
Yeni elmi araşdırma yalnızlıq hissinin insan sağlamlığına təsirinin daha dərin olduğunu ortaya qoyur. Cornell University tədqiqatçılarının apardığı və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya əsasən, insanın özünü yalnız hiss etməsi, real sosial təcriddən daha ciddi sağlamlıq riskləri yaradır.
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) yeni hesabatına görə, dünyada ən yüksək alkoqol istehlakına malik region olan Avropa İttifaqında yalnız 2020-ci ildə 111 mindən çox yeni xərçəng hadisəsi alkoqol istifadəsi ilə əlaqələndirilib. ÜST-ün məlumatına əsasən, dünya üzrə alkoqolla əlaqəli xərçəng hallarının sayı 741 minə çatıb, bu xəstəliklərdən təsirlənənlərin təxminən 70 faizi kişilərdir.
Süni intellekt (AI) texnologiyalarının həyatımıza sürətlə inteqrasiyası insanların real insan səsləri ilə süni intellekt tərəfindən yaradılan səs klonlarını fərqləndirməsini çətinləşdirib. Bu nəticə PLoS One jurnalında dərc olunan yeni elmi araşdırmanın əsas qənaətlərindən biridir.
Rəqəmsal texnologiyaların həyatın hər sahəsinə nüfuz etməsi uşaqların oxuma vərdişlərinə ciddi təsir göstərir. UNESCO və TÜİK-in son hesabatları göstərir ki, uşaqların kitabla keçirdiyi vaxt ekran qarşısında sərf etdiklərinin 10 faizindən də azdır. Son illərdə müşahidələr göstərir ki, uşaqlar bir-birlərinə oxuduqları kitabları deyil, oynadıqları oyunları danışır.
Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək. Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.
Yeni elmi araşdırmaya görə, qadınların kişilərdən daha uzun yaşaması təkcə insanlara xas xüsusiyyət deyil. Genetik fərqlər, evrim prosesi və həyat tərzi amilləri bu fərqin əsas səbəbləri arasında göstərilir. Science Advances jurnalında dərc edilən genişmiqyaslı tədqiqatda alimlər min 176 müxtəlif növü — şimpanzelər, gəmiricilər, marallar və bir çox quş növlərini — həm vəhşi təbiətdə, həm də zooparklarda müşahidə ediblər.
Dünyada diabet xəstələrinin təxminən yarısı öz xəstəliklərinin fərqində deyil. The Lancet Diabetes & Endocrinology jurnalında yayımlanan yeni araşdırma, diabet diaqnozlarının artmasına baxmayaraq, insanların əhəmiyyətli hissəsinin hələ də bu “səssiz xəstəlikdən” xəbərsiz olduğunu ortaya qoyub.
Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA tərəfindən dəstəklənən yeni bir araşdırma, kosmosa göndərilən insan qan hüceyrələrinin bioloji qocalmanı sürətləndirən dəyişikliklərə məruz qaldığını ortaya çıxarıb. Alimlər vurğulayıb ki, hüceyrələr Yerə qaytarıldıqda daha sağlam mühitdə müəyyən dərəcədə bərpa olunsa da, bütün zədələr tamamilə aradan qalxmayıb. Bu isə uzunmüddətli kosmik missiyalarda kosmonavtların sağlamlığının qorunması üçün yeni tədbirlərin görülməsini zəruri edir.
Çinli mütəxəssislərin rəhbərlik etdiyi tədqiqat qrupu Çin, Kanada və ABŞ-da aparılmış altı klinik araşdırmanın nəticələrini birləşdirib. Təxminən 80 min nəfərin məlumatları üzərində aparılan analiz bu sahədə indiyədək edilən ən əhatəli iş hesab olunur.
Cənubi Avstraliya Universitetində aparılan yeni elmi araşdırma, geniş istifadə olunan ağrıkəsici və hərarətsalıcı dərmanların – ibuprofen və parasetamol – antibiotik müqavimətinin artmasında rol oynadığını üzə çıxarıb.