12 aprel 1961-ci ildə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin "Vostok 1" gəmisi ilə kosmosa səyahət edən ilk insan oldu.
#kosmosda yaşlanma
Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA tərəfindən dəstəklənən yeni bir araşdırma, kosmosa göndərilən insan qan hüceyrələrinin bioloji qocalmanı sürətləndirən dəyişikliklərə məruz qaldığını ortaya çıxarıb. Alimlər vurğulayıb ki, hüceyrələr Yerə qaytarıldıqda daha sağlam mühitdə müəyyən dərəcədə bərpa olunsa da, bütün zədələr tamamilə aradan qalxmayıb. Bu isə uzunmüddətli kosmik missiyalarda kosmonavtların sağlamlığının qorunması üçün yeni tədbirlərin görülməsini zəruri edir.