#sağlam yaşlanma

Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA tərəfindən dəstəklənən yeni bir araşdırma, kosmosa göndərilən insan qan hüceyrələrinin bioloji qocalmanı sürətləndirən dəyişikliklərə məruz qaldığını ortaya çıxarıb. Alimlər vurğulayıb ki, hüceyrələr Yerə qaytarıldıqda daha sağlam mühitdə müəyyən dərəcədə bərpa olunsa da, bütün zədələr tamamilə aradan qalxmayıb. Bu isə uzunmüddətli kosmik missiyalarda kosmonavtların sağlamlığının qorunması üçün yeni tədbirlərin görülməsini zəruri edir.

Araşdırmaya görə, hüceyrələrin bölünməsi zamanı xromosomların uc hissəsində yerləşən telomerlərin davamlı qısalması hüceyrələrin yaşlanmasına və ölümü ilə nəticələnir. Bu proses xərçəng hüceyrələrinin nəzarətsiz çoxalmasının qarşısını ala bilsə də, eyni zamanda genetik yaşlanmanı da sürətləndirir. Qocalmış və bölünməyən senescent hüceyrələrin bədəndə yığılması yaşlanmanın əsas səbəblərindən hesab olunur.