Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Beynimiz niyə mövcud olmayan təhlükəni gerçək kimi yaşayır?

    22 İyun 2025 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Beynimiz niyə mövcud olmayan təhlükəni gerçək kimi yaşayır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qorxularımızın 91 faizi heç vaxt baş vermir — Bəs beynimiz niyə olmayan təhlükəni gerçəkmiş kimi qəbul edir?

    AzerVoice xəbər verir ki, elm adamlarının apardığı tədqiqatlar insanların əksər narahatlıqlarının heç vaxt baş vermədiyini ortaya qoyur. Lakin bu narahatlıqlar bədənimizdə real təhlükə kimi qəbul edilir və stresə səbəb olur.

    Penn State Universitetində aparılan araşdırmada ümumiləşdirilmiş narahatlıq pozuntusu (GAD) diaqnozu qoyulmuş şəxslərin gündəlik qorxuları 30 gün boyunca izlənilib. Nəticədə, iştirakçıların 91,4 faizinin qorxduğu hadisələrin heç birinin baş vermədiyi müəyyən edilib. Hətta baş verən 8,6 faiz halların da gözlənilən qədər zərərli olmadığı ortaya çıxıb.

    Ancaq bədənimiz fərqli reaksiya verir. Hələ baş verməmiş ehtimal belə beyin tərəfindən real təhlükə kimi kodlanır, ürək döyünməsi artır, əzələlər gərginləşir, sanki real bir təhlükə yaşanır.

    Ekspert klinik psixoloq Seda Akçakaya bildirir ki, beyin bəzən fantaziyanı reallıqdan ayıra bilmir:

    “Beyin yuxu gördüyümüzdə belə onu gerçəkmiş kimi qəbul edir. Bu, təkamül refleksidir. Sağ qalmaq üçün potensial təhlükəni qabaqcadan hiss etməyə proqramlaşdırılmışıq”.

    Bu, instinktiv qoruma mexanizmidir. Lakin zamanla bu mexanizm həddindən artıq aktivləşərək həyat keyfiyyətinə mənfi təsir edə bilər.

    İkinci dərəcəli travma — Başqasının qorxusu bizimlə necə təmas qurur?

    Araşdırmalar göstərir ki, insan heç bir travma yaşamasa da, başqalarının yaşadıqları hadisələri müşahidə edərək qorxu hissi yaşaya bilər. Bu, “ikinci dərəcəli travma” adlanır. Akçakaya bu vəziyyəti belə izah edir:

    “Xəbərlərdə və sosial şəbəkələrdə gördüyümüz zorakılıq, qəzalar və faciələr bizə birbaşa toxunmasa belə, zehni və emosional təsiri bəs edir”.

    Bu qorxular getdikcə "getmərəm", "danışmaram", "başlamaram" kimi cümlələrlə davranışlara çevrilir və insan öz həyat sahəsini fərqinə varmadan daraldır.

    Qorxularla necə başa çıxmalı?

    Psixoloq Akçakaya bildirir ki, narahatlıq müəyyən səviyyədə faydalı ola bilər. Lakin bu hissin idarə olunması əsas şərtdir:

    “Narahatlıq varsa, onu inkar etmək əvəzinə anlamağa çalışmaq lazımdır. “Bu baş versə, nə edəcəm?” sualına cavab tapmaq və real strategiyalar qurmaq insanı gücləndirir”.

    Akçakaya həmçinin vurğulayır ki, hissləri basdırmaq onları yox etmir, əksinə, zamanla fərqli formalarda geri qayıdır.

    “Fərqindəlik problemi əvvəlcədən həll etməyə imkan verir. Psixoloji dəstək almaq zəiflik deyil, şəfa yoludur”.

    #Elmi araşdırma #psixologiya #Bunu bilirsinizmi? #beyin və stress #ikinci dərəcəli travma #travma və qorxu psixologiyası #təkamül mexanizmi #fantaziya və reallıq #psixoloji refleks
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Sevmədiyiniz geyimlə alış-verişə getməyin - Beynin gizli müqayisə mexanizmi seçimlərimizi necə dəyişir?

    14 İyul 2026 03:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Əsrin sonuna qədər çimərliklərin 26 faizi yox ola bilər

    28 İyun 2026 18:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00
    XƏBƏR LENTİ

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.