Mütəxəssislərin açıqladığı statistik məlumatlar insan orqanizminin imkanlarını və bəşəriyyətin tarixi inkişafını diqqətə çatdırır. Araşdırmalara görə, hər 20 uşaqdan yalnız biri həkimin müəyyən etdiyi gündə dünyaya gəlir. Yəni, əksər doğumlar proqnozlaşdırılan tarixdən fərqli baş verir. Bu fakt həkimlərin dəfələrlə vurğuladığı kimi, doğuş prosesinin tam olaraq nəzarətdə olmayan bioloji mexanizm olduğunu göstərir.
#psixologiya
ABŞ-da süni intellekt (AI) əsaslı chatbotların psixi sağlamlıq xidmətlərində istifadəsi ilə bağlı narahatlıqlar artıb. Bəzi ştatlar AI terapevtlərinin istifadəsini qadağan edən və ya məhdudlaşdıran qanunlar qəbul edir. Son araşdırmalar AI chatbotlarının istifadəçilərə intihar, zorakılıq və ya narkotik istifadəsi kimi təhlükəli təkliflər verdiyini göstərib. Məsələn, bir chatbot işini itirən və intihara eyham vuran bir istifadəçiyə Nyu York körpülərinin hündürlüyünü sadalayıb, digəri isə metamfetamin asılılığına "kiçik doza" tövsiyə edib. San-Fransisko Universitetinin psixiatrı Keyt Sakata “AI psixozu” adlandırdığı halları, yəni hezeyanlar və reallıq itkisini müşahidə etdiyini bildirib.
Akdeniz Universiteti Tibb Fakültəsinin dosenti Dr. Əli Ərdoğan, insanların zamanla səhər yuxudan oyanmaq üçün qurulan saat siqnalının monoton səsinə alışdığını və bunun oyanma çətinliyinə səbəb olduğunu açıqlayıb. Dr. Ərdoğan bildirib ki, beyin daimi eyni stimula məruz qaldıqda buna reaksiya verməyi dayandırır. “Zəngli saat çalır, lakin insan oyanmaqda çətinlik çəkir. Bunun əsas səbəbi beynin monoton səslərə laqeyd qalmasıdır,” – deyə o qeyd edib. Dr. Ərdoğan gündəlik həyatın rutinlərdən ibarət olmasının həm müsbət, həm də mənfi tərəfləri olduğunu vurğulayıb. O, məktəbə və ya işə getmək kimi öhdəliklərin vacib olduğunu, lakin yalnız rutinin psixi sağlamlıq üçün yetərli olmadığını bildirib. “Monotonluq artdıqda psixi sağlamlıq problemləri ortaya çıxa bilər. Buna görə kiçik dəyişikliklər etmək çox vacibdir,” – deyə Ərdoğan əlavə edib.
ABŞ-da aparılan psixoloji tədqiqat insanların daha səmərəli seçim imkanı olsa belə, əvvəldən seçdikləri yoldan geri dönməyə meylli olmadığını ortaya çıxarıb.
Qeybət bəzən mənfi dəyərləndirilsə də, müasir antropologiya və psixologiya sahəsində aparılan araşdırmalar onu insanlar arasında əlaqə qurma, sosial normativləri qoruma və təhlükələrdən xəbərdarlıq etmək baxımından əhəmiyyətli bir funksional alət kimi qiymətləndirir.
Qorxularımızın 91 faizi heç vaxt baş vermir — Bəs beynimiz niyə olmayan təhlükəni gerçəkmiş kimi qəbul edir?
İnternetsiz həyat daha cəlbedici görünür - Gənclərin yarısı keçmişə qayıtmaq istəyir.
Xarici görünüş, insanların sosial, psixoloji və peşəkar həyatlarını dərin şəkildə təsir edən önəmli bir amildir. Gözəl görünüş, insanın özünə olan inamını artırmaqdan, sosial münasibətlərinə, iş həyatına və şəxsi münasibətlərinə qədər bir çox sahədə müəyyənedici bir rol oynayır.
Rənglərin insanların psixologiyası və davranışlarına təsiri uzun illərdir araşdırılan bir mövzudur.
Özdəyər, insanın özünü necə dəyərləndirdiyi, özünə qarşı duyduğu daxili güvən və hörmət duyğusudur. Bu, insanın öz bacarıqlarına, uğurlarına, şəxsi xüsusiyyətlərinə və həyatda öz yerini necə gördüyünə əsaslanır. Özdəyər, insanın özünü nə qədər sevdiyi, qəbul etdiyi və müsbət gördüyü ilə bağlıdır.