Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Yupiterə bənzəyən yad planetdə hidrogen-sulfid qazı aşkarlanıb

    10 İyul 2024 12:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yupiterə bənzəyən yad planetdə hidrogen-sulfid qazı aşkarlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Yupiterə bənzəyən yad planetin atmosferində kəskin qoxulu, lax yumurta iyi verən hidrogen-sulfid qazı aşkar edilib. Bu, hər hansı ekzoplanetdə tapılan Yerdəkinə bənzər ilk kimyəvi maddədir.

    AzerVoice "Reuters" agentliyinə istinadən xəbər verir ki, 2005-ci ildə kəşf edilən HD 189733b kimi tanınan planet artıq olduqca ekstremal yer, Yupiterdən bir qədər böyük, təəccüblü kobalt mavisi rəngində və şiddətli atmosferində yan tərəfə küləklər əsən ərimiş şüşəvari yağışı olan yandırıcı isti qaz nəhəngi kimi tanınırdı.

    Alimlər müəyyən ediblər ki, lax yumurta qoxusunun arxasındakı kimyəvi birləşmə olan hidrogen-sulfidin təsviri "Ceyms Uebb" kosmik teleskopundan əldə edilən yeni məlumatlarda yer alıb. Bu, bizim Günəş sistemindən kənarda olan planetlər adlanan göy cisimləri üçün yeganə haldır.

    Baltimordakı Cons Hopkins Universitetinin astrofiziki Quanquey Fu "Nature" jurnalında dərc olunan məqaləsində yazıb:

    "Bəli, üfunətli qazın ekzoplanetlər üçün nadir hadisədir. Bu, bizim insanların ziyarət etmək istədiyi planet deyil, amma planetar elmlər haqqında anlayışımızı daha da inkişaf etdirmək üçün dəyərli bir kəşfdir".

    Bu planet "isti Yupiter" adlanır. Alimlər zənn edirlər ki, Günəş sistemindəki ən böyük planetəbənzər qaz nəhəngləri öz ulduzlarına yaxın olduqlarına görə daha istidir. HD 189733b planeti öz ulduzuna Yupiterin Günəşlə olan məsafəsindən 170 dəfə yaxın orbitdə fırlanır. Yupiterin Günəşin bir orbitini 12 il müddətində keçməsindən fərqli olaraq, o, hər iki gündə bir öz orbitini tamamlayır.

    Əslində, bu planetini orbiti öz ulduzuna Merkurinin Günəşə olduğundan da 13 dəfə yaxındır və planetin ulduza baxan tərəfindəki temperatur təxminən 930 dərəcə Selsidir.

    Bu planet Yerdən 64 işıq ili uzaqlıqda, Süd Yolu qalaktikasının qonşuluğunda, Vulpekula bürcündə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.

    Yupiterə bənzəyən yad planetdə hidrogen-sulfid qazı aşkarlanıb
    #hidrogen-sulfid qazı #yad planet
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    30 Avqust 2026 15:00

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

    23 Avqust 2026 16:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Qədim Misir ordusunu gücləndirən 9 silah və hərbi vasitə

    17 Avqust 2026 06:00

    Hər gələn prezident adını dəyişir - Denali və ya MakKinli dağı haqqında nə bilirik?

    16 Avqust 2026 23:00

    ABŞ tarixini dəyişdirən hadisələr - Müstəqillikdən texnologiyaya qədər

    16 Avqust 2026 21:00

    Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt

    16 Avqust 2026 20:00

    Kleopatra həqiqətən ilan sancmasından ölüb?

    16 Avqust 2026 19:00

    ABŞ-ni dəyişdirən 10 mühəndislik möcüzəsi

    16 Avqust 2026 18:00

    2032-ci il üçün yeni proqnoz- asteroidin Aya toqquşma riski artıb

    16 İyun 2025 17:00

    ABŞ UNO iddiaları ilə gizli silah proqramlarını ört-basdır edib

    7 İyun 2025 10:30
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.