BAKI,VOA Orxan Qədirzadə
ABŞ tarixini əhatə edən bəzi mühüm hadisələr ölkənin yalnız siyasi dönüş nöqtələrini deyil, amerikalıların gündəlik həyatını, işini, mədəniyyətini və dünyagörüşünü dəyişdirən prosesləri də əks etdirir.
Siyahıda ABŞ-ın müstəqillik yolunu sürətləndirən 1773-cü il Boston Çay Partiyası, 1775-ci il Leksinqton və Konkord döyüşləri, 1777-ci il Saratoga döyüşü və 1783-cü il Paris müqaviləsi kimi hadisələr yer alır.
Texnologiya və gündəlik həyatın dəyişməsində isə Rayt qardaşlarının 1903-cü ildə ilk idarəolunan motorlu uçuşu, 1908-ci ildə “Model T” avtomobilinin istehsalı, 1947-ci ildə tranzistorun ixtirası, 1999-cu ildə “Napster”in istifadəyə verilməsi, 2000-ci ildə GPS-in mülki istifadəyə açılması və 2007-ci ildə “iPhone”un təqdimatı xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət sahəsində ilk müasir Brodvey müzikli, ilk “Super Bowl”, “Saturday Night Live” proqramının yayıma başlaması, CNN-in 24 saatlıq xəbər yayımına keçməsi və digər hadisələr ABŞ cəmiyyətinin mədəni həyatına təsir edən əsas məqamlar kimi göstərilir.
Siyahıda NASA-nın yaradılması, insanların Aya ilk dəfə ayaq basması, “Hubble” teleskopunun kosmosa göndərilməsi, eləcə də vətəndaş hüquqları hərəkatı, #BlackLivesMatter və #MeToo kimi ictimai proseslər də yer alıb.
Tarixi dönüş nöqtələri arasında Luiziana ərazisinin alınması, Kaliforniyada qızıl hərisliyi, ABŞ-Meksika müharibəsindən sonra ərazilərin genişləndirilməsi, İkinci Dünya müharibəsinin başa çatması və 11 sentyabr hadisələrindən sonra baş verən ictimai həmrəylik nümunələri də qeyd olunur.