Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Maraqlı faktlar
    Maraqlı faktlar

    Yəməndən İstanbula: Qəhvənin İslam dünyası və Avropadakı tarixi sayəhəti

    18 May 2026 08:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yəməndən İstanbula: Qəhvənin İslam dünyası və Avropadakı tarixi sayəhəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Qəhvənin içki kimi istifadəsinin Yəməndə 15-ci əsrdə Sufi ziyarətgahlarında başladığı deyilir. İlk dəfə orada qəhvə giləmeyvəsi qovrulub və bu gün tanıdığımız içkiyə bənzər şəkildə dəmlənmişdir. Qəhvə ilk növbədə İslam dünyasında istehlak olunmuş və dini ayinlərlə əlaqələndirilmişdir. Müsəlmanlar müqəddəs Ramazan ayında gündüzləri oruc tutarkən gecələr oyaq qalmaq üçün qəhvədən istifadə edirdilər. Ən azı 10-cu əsrdən etibarən müalicəvi xüsusiyyətləri ilə tanınan bu içki, 15-ci əsrdə Yəmən təsəvvüfləri vasitəsilə daha da populyarlaşdı. Oradan bütün müsəlman dünyasına yayılan qəhvə, Avropaya da öz yolunu tapdı.

    Qəhvə sözünün mənşəyi

    "Qəhvə" sözü ingilis diline 1582-ci ildə Osmanlı türkcəsindən götürülüb. Bu söz holland dilində "koffie", ərəb dilində isə "qahwah" (قهوة) şəklindədir.

    Osmanlı İmperiyasında qəhvə mədəniyyəti

    Qəhvə, vətəni Həbəşistandan Osmanlı dövründə Yəməndən İstanbula gətirildi və böyük şöhrət qazandı. Osmanlı torpaqlarında qəhvə hazırlamaq və təqdim etmək incəsənətə çevrildi.

    16-cı əsrdə Osmanlı İmperiyası dünyanın ilk qəhvəxanasını İstanbulda açdı. Bu qəhvəxanalar Levantin ərəbləri və türklər üçün sosiallaşma və müzakirə məkanları oldu. Osmanlı sarayında isə "Qəhvəçi" vəzifəsi yaradıldı. Onun əsas işi Sultan və qonaqları üçün ən yaxşı qəhvəni hazırlamaq idi. Bu dövrdə türk qəhvəsi qonaqpərvərliyin və dostluğun rəmzinə çevrildi.

    Avropada qəhvənin qəbulu və yayımlanması

    Başlanğıcda Avropada qəhvə müsəlman ölkələrində məşhur olduğuna görə şübə ilə qarşılanırdı. Papa VIII Klement (1536-1605) qəhvənin qadağan olunması təklifinə qarşı çıxaraq dadına baxdı və bəyənərək istifadəsinə icazə verdi.

    İngiltərədə ilk qəhvə evi 1650-ci ildə açıldı, 1700-cü illərdə isə Londonda qəhvəxanalar geniş yayıldı. Osmanlı İmperiyasının təsiri ilə bu məkanların xarici hissəsində Osmanlı motivləri təsvir olunurdu.

    Ərəb və türk qəhvəsi: oxşarlıqlar və fərqlər

    Ərəb və türk qəhvəsi hazırlanma üsulu baxımından oxşardır – hər ikisi incə üyüdülmüş qəhvədən hazırlanır. Lakin türk qəhvəsində adətən hil istifadə olunmur. Ərəb qəhvəsi isə Yaxın Şərq mədəniyyətinin ayrılmaz bir hissəsidir və qonaqpərvərliyin simvolu sayılır.

    17-ci əsrin sonlarına yaxın Qahirədə 643-dən çox “Bayt Qahva” (Qəhvə evi) fəaliyyət göstərirdi. Bu məkanlar təkcə qəhvə içilən yerlər deyil, eyni zamanda mədəniyyət və ictimai həyatın mərkəzləri kimi xidmət edirdi.

    #Türk Qəhvəsi #qəhvənin tarixi #türk və ərəb qəhvəsi #qəhvəxana mədəniyyəti #Osmanlı İmperiyası #qəhvə #Həbəşistan qəhvə giləmeyvəsi #Sufi ziyarətgahları #İstanbul qəhvə mədəniyyəti #Hil ilə hazırlanan qəhvə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fateh dövründə Osmanlı İmperiyası necə bir inkişaf yolu keçdi?

    5 İyul 2026 09:00

    Bu gün Yəmən birləşdi

    22 May 2026 03:00

    Barıtın kölgəsində süqut - Məmlük dövləti niyə dəyişə bilmədi?

    26 Aprel 2026 18:00

    I Murad necə hakimiyyətə gəldi?

    26 Aprel 2026 05:47

    Fatih Sultan Mehmed xristian olmaq istəyirdi? Tarixi faktlar və Papanın uydurma məktubu

    29 Mart 2026 14:00

    Osman Qazi ilk olaraq hansı yerləri fəth etdi?

    10 Mart 2026 13:28

    Sahurda qəhvə içmək düzgündürmü?

    19 Fevral 2026 02:21

    Dimbos zəfəri necə qazanıldı, səfərin məqsədi nə idi?

    31 Yanvar 2026 13:35

    Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

    3 Yanvar 2026 13:04

    Fatih Sultan Mehmet kimləri məğlub etdi?

    16 Noyabr 2025 15:05

    Bu gün Osmanlı imperiyası cihad elan etdi

    14 Noyabr 2025 02:03

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    25 Oktyabr 2025 12:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.