Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Birinci Dünya müharibəsi başa çatdı

    11 Noyabr 2025 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Birinci Dünya müharibəsi başa çatdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1918-ci ilin 11-ci ayının 11-ci gününün 11-ci saatında Böyük Müharibə başa çatdı. Həmin gün səhər saat 5-də insan qüvvəsi və təchizatından məhrum qalan, həmçinin yaxın işğal təhlükəsi ilə üz-üzə qalan Almaniya, Fransanın Kompyen şəhəri yaxınlığında dəmir yolu vaqonunda Antanta dövlətləri ilə atəşkəs razılaşmasını imzaladı. Birinci Dünya müharibəsi doqquz milyon əsgərin həyatına son qoydu, 21 milyon insan yaralandı. Almaniya, Rusiya, Avstriya-Macarıstan, Fransa və Böyük Britaniya demək olar ki, hər biri bir milyondan çox ədgər itirdi. Bundan əlavə, xəstəlik, aclıq və təbii şərait səbəbindən ən azı beş milyon mülki şəxs həyatını itirdi.

    1914-cü il 28 iyunda Birinci Dünya müharibəsinin başlanmasına səbəb olan hadisə baş verdi: Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frants Ferdinand və həyat yoldaşı Bosniyanın Sarayevo şəhərində bosniyalı serb Qavrilo Prinsep tərəfindən qətlə yetirildi. Ferdinand Bosniya və Herseqovinada yerləşən imperiya ordusunu yoxlayırdı, halbuki bu torpaqları yeni müstəqil Serbiyaya birləşdirmək istəyən serb millətçiləri ona hədə göndərirdilər. Avstriya-Macarıstan hücumda Serbiyanı günahlandırdı və bu hadisəni slavyan millətçiliyini birdəfəlik “həll etmək” üçün əsas kimi istifadə etmək istədi. Lakin Serbiyanın müttəfiqi Rusiya onu dəstəklədiyindən, Avstriya-Macarıstan yalnız Almaniyanın imperatoru II Vilhelmdən Rusiyanın müdaxiləsi halında dəstək alacağına dair təminat əldə etdikdən sonra müharibə elan etdi.

    28 iyulda Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bununla da Avropanın böyük dövlətləri arasındakı kövrək sülh dağıldı. 29 iyulda Avstriya-Macarıstan qoşunları Serbiyanın paytaxtı Belqrada hücuma başladı, Rusiya isə müttəfiqi Serbiyanı qorumaq üçün ordu səfərbərliyi elan etdi. Fransa 1 avqustda Rusiya ilə yanaşı səfərbərliyə başladı. 3 avqustda Fransa və Almaniya bir-birinə müharibə elan etdilər. Alman qoşunları neytral Lüksemburqa daxil olduqdan sonra Belçikaya hücum etdi və bu, Belçikanın müttəfiqi Böyük Britaniyanın Almaniyaya müharibə elan etməsinə səbəb oldu.

    Müharibənin başlanması Avropada əhali tərəfindən həyəcan və coşqu ilə qarşılandı. Hər kəs öz ölkəsinin qısa müddətdə qələbə qazanacağına inanırdı. Döyüşə ən hazır olan tərəf Almaniya idi. Onun hərbi rəhbərliyi “Şliffen planı” adlanan genişmiqyaslı strategiya hazırlamışdı. Bu plan Belçika ərazisindən keçərək Fransanı sürətli hücumla məğlub etməyi, Rusiya isə səfərbərliyə gec başlayacağı üçün Avstriya-Macarıstan ordusu tərəfindən məşğul edilməliydi.

    “Şliffen planı” uğur qazanmağa çox yaxın idi, lakin sentyabrın əvvəlində fransız ordusu Paris yaxınlığında baş tutan Marna döyüşündə almanların irəliləyişini dayandırdı. 1914-cü ilin sonuna qədər Avropanın cəbhələrində müxtəlif millətlərdən olan bir milyondan çox əsgər həlak olmuşdu və nə Antanta, nə də Mərkəzi dövlətlər üçün qəti qələbə görünmürdü. Qərb cəbhəsində - Fransanın şimalından Belçikaya qədər uzanan xətt boyunca - tərəflər uzun və qanlı mövqe müharibəsinə, səngər döyüşlərinə çəkildilər.

    1915-ci ildə Antanta gücləri müharibə dalanını qırmaq üçün Türkiyəyə amfibiya hücumu həyata keçirdi (Çanaqqala əməliyyatı), lakin ağır itkilərdən sonra 1916-cı ilin əvvəlində geri çəkilməyə məcbur oldular. 1916-cı ildə Qərb cəbhəsində həm Almaniya, həm Böyük Britaniya böyük hücumlar təşkil etsə də, həlledici qələbə əldə olunmadı. Şərqdə isə Almaniya daha uğurlu oldu, nizamsız Rusiya ordusu ağır məğlubiyyət yaşadı və bu, 1917-ci ildə Rus İnqilabının başlanmasına təkan verdi. 1917-ci ilin sonunda bolşeviklər hakimiyyəti ələ keçirərək Almaniya ilə sülh danışıqlarına başladılar.

    1918-ci ildə Amerika qoşunları və resurslarının Qərb cəbhəsinə gəlməsi güc balansını Antantanın xeyrinə dəyişdi. Almaniya 1918-ci il noyabrın 11-də atəşkəs sənədinə imza atdı.

    Birinci Dünya müharibəsinə “bütün müharibələrə son qoyan müharibə” adı verilmişdi, çünki onun miqyası və dağıntıları misilsiz idi. Lakin 1919-cu il Versal müqaviləsi Almaniyaya son dərəcə sərt şərtlər tətbiq etməklə Avropanı daha da qeyri-sabit vəziyyətə saldı və nəticədə İkinci Dünya müharibəsinə aparan yolu açdı.

    #İkinci Dünya Müharibəsi #Birinci Dünya Müharibəsi #Birinci Dünya Müharibəsi silahları #Üçüncü dünya müharibəsi #Avstriya-Macarıstan #Frants Ferdinand #Qavrilo Prinsep #Çanaqqala əməliyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

    26 Avqust 2026 03:00

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Yaponiya imperatoru Hirohitonun müharibədən məğlubiyyətə uzanan yolu

    18 Avqust 2026 06:00

    Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?

    14 Avqust 2026 09:00

    Bu gün Çin Almaniyaya müharibə elan etdi

    14 Avqust 2026 01:00

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    9 Avqust 2026 03:00

    "Alman ordusunun qara günü"- Amyen döyüşü necə başladı?

    8 Avqust 2026 03:00

    Tarixdə bu gün – 8 Avqust

    8 Avqust 2026 00:01

    Tarixdə bu gün - 28 İyul

    28 İyul 2026 00:01

    Yaponiyaya niyə 2 atom atıldı? - Sülh yoxsa insanlar üzərində eksperiment?

    27 İyul 2026 06:00

    Elm müharibələrin qaynağıdır?

    26 İyul 2026 22:00
    XƏBƏR LENTİ

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    Şərqin iki vokal məktəbi-Şövkət Ələkbərova və Feyruzun paralelləri

    Manga Arabia və Zeez Animation əməkdaşlığa başlayır

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.