Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    2014-cü il bu gün ABŞ-da Ebola diaqnozu qoyulan ilk şəxs dünyasını dəyişdi

    8 Oktyabr 2025 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2014-cü il bu gün ABŞ-da Ebola diaqnozu qoyulan ilk şəxs dünyasını dəyişdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2014-cü il 8 oktyabrda, ABŞ-da Ebola virusuna yoluxduğu təsdiqlənən ilk şəxs – 42 yaşlı Tomas Erik Dankan – Texas ştatının Dallas şəhərində yerləşən Texas Health Presbyterian Hospital xəstəxanasında vəfat edib.

    Dankan ölümündən bir qədər əvvəl Liberiyadan ABŞ-a səyahət etmişdi. O dövrdə Qərbi Afrikada 1976-cı ildən bəri ən genişmiqyaslı Ebola epidemiyası hökm sürürdü. Dankanın ölümündən sonra ona qulluq edən iki tibb bacısı da virusa yoluxdu, lakin hər ikisi sağaldı.

    Hadisələr zənciri belə inkişaf edib: 2014-cü il 15 sentyabrda Dankan Liberiyanın paytaxtı Monroviyada hamilə və xəstə bir qadını xəstəxanaya aparmağa kömək edib. Lakin tibb müəssisəsində yer olmadığı üçün qadın evinə qaytarılıb və qısa müddət sonra Eboladan dünyasını dəyişib.

    19 sentyabrda Dankan – ailə üzvlərinin sözlərinə görə, virusa məruz qaldığını bilmədən – nişanlısını ziyarət etmək üçün Dallas şəhərinə uçub. O, 20 sentyabrda Texas ştatına çatıb və beş gün sonra, qarın ağrısı və başgicəllənmə şikayətləri ilə Texas Health Presbyterian Hospitalın təcili yardım şöbəsinə müraciət edib.

    Dankan tibb bacısına Afrikadan yeni gəldiyini desə də, bu məlumat həkim heyətinə düzgün çatdırılmayıb. Nəticədə o, bir neçə saat sonra antibiotiklərlə evə buraxılıb.

    #Ebola nədir? #Tarixdə bu gün #Ebola virusu #Ebola xəstəliyi #Ebola simptomları #Ebola yoluxma yolları #Ebola müalicəsi #Ebola tarixi #Ebola epidemiyası #Ebola necə yayılır? #Ebola hansı əlamətlərlə başlayır? #Ebola ölümcül xəstəlikdirmi? #Ebola virusu hansı heyvanlardan keçir? #Ebola təhlükəsi hələ də davam edirmi? #Ebola haqqında ən son məlumatlar hansılardır? #Dallas #Texas Health Presbyterian Hospital #Tomas Erik Dankan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 22 İyul

    22 İyul 2026 00:01

    Tarixdə bu gün - 21 İyul

    21 İyul 2026 00:01

    Tarixdə bu gün - 20 İyul

    20 İyul 2026 00:01

    Tarixdə bu gün - 19 İyul

    19 İyul 2026 00:01

    Tarixdə bu gün - 18 İyul

    18 İyul 2026 00:01

    Tarixdə bu gün - 17 İyul

    17 İyul 2026 00:01

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    Tarixdə bu gün - 15 İyul

    15 İyul 2026 00:01

    Tarixdə bu gün - 14 İyul

    14 İyul 2026 00:01

    Tarixdə bu gün - 13 İyul

    13 İyul 2026 00:01

    Tarixdə bu gün - 12 İyul

    12 İyul 2026 00:01

    Tarixdə bu gün - 11 İyul

    11 İyul 2026 00:01
    XƏBƏR LENTİ

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.